İyulun 1-ə keçən gecə Ukraynanın Odessa vilayəti raket atəşinə tutulub.
Yenixeber.org: Rusiya qoşunlarının endirdiyi raket zərbələri nəticəsində 10-dan çox sakin həlak olub.
Məlumata görə, raketlərdən biri yaşayış binasına düşüb. Həmin binada yaşayan 14 nəfərin öldüyü deyilir.
Odessa Hərbi Administrasiyasının rəsmisi Sergey Bratçuk bildirib ki, raketlərdən biri 9 mərtəbəli yaşayış binasına, digəri Belqorod-Dnestrovski rayonundakı istirahət mərkəzinə düşüb. Yaşayış binasının bir bloku tamamilə dağılıb.
İlkin məlumata əsasən, xilasedicilər dağıntılar altından on nəfərin cəsədini çıxarıb, üçü uşaq olmaqla yeddi yaralıya tibbi yardım göstərilib.
Hazırda ölən və yaralananların sayı dəqiqləşdirilir. Ölü sayının artacağı istisna edilmir.