Prezident İƏT turizm nazirlərinin 11-ci toplantısının iştirakçılarına müraciət edib
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Turizm Nazirlərinin 11-ci toplantısının iştirakçılarına müraciət edib.
Yenixeber.org: Müraciəti Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev oxuyub.
Müraciətdə deyilir ki, İƏT Azərbaycanın müstəqillik qazandıqdan sonra ilk üzv olduğu təşkilatlarındandır. Azərbaycan daim İƏT-in fəaliyyətini dəstəkləyib. Prezident həmçinin bildirib ki, İƏT Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.