İŞİD-in Şərqi Asiya hücrəsinin sözçüsü Əbdülfəttah Ömər Alimuden Filippinin Maquindanao bölgəsində keçirilən əməliyyat zamanı məhv edilib.
Yenixeber.org: Bu barədə Qərbi Mindanao Mərkəzi Komandanlığından bildirilib.
Məlumata görə, Əbu Huzeyfə kimi tanınan terrorçunun məhv edilməsində 60-cı piyada briqadası, 40-cı piyada batalyonunun bölmələri və kəşfiyyat bölmələri iştirak edib.
Məhv edilmiş Huzeyfa təkcə terror təşkilatının sözçüsü deyil, həm də onun maliyyə əməliyyatlarının kuratoru olub. O, “Daula İslamia-Filippin”in terrorçuları ilə İŞİD arasında əlaqələndirici idi.