Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ-dan xəbərdarlıq: İŞİD Suriyada dirçələ bilər

 

"Hazırda İŞİD terror qruplaşmasının Suriyada nəzarət etdiyi ərazi böyük deyil".

 

Yenixeber.org:   Suriyada İŞİD-in nəzarət etdiyi ərazidə 1,5 minədək döyüşçü qalıb.

Bunu ABŞ Senatında keçirilən dinləmələrdə ABŞ-ın Yaxın Şərqdəki silahlı qüvvələrinin komandanı general Cozef Votel deyib.

O bildirib ki, hazırda İŞİD terror qruplaşmasının Suriyada nəzarət etdiyi ərazi böyük deyil. General bildirib ki, əgər əvvəl İŞİD-in Suriyada nəzarət etdiyi ərazi 85 min kv. km idisə, indi bu, cəmi 50 kv.km-dir.

Suriyada ümimilikdə 20-30 min İŞİD-çinin olmasına dair məlumatlara gəldikdə isə general onların ölkənin müxtəlif bölgələrinə səpələndiyini bildirib.

Bununla yanaşı Votel qeyd edib ki, ABŞ qoşunlarını Suriyadan çıxarandan sonra İŞİD ölkəyə nəzarəti bərpa edə bilər. Onun sözlərinə görə, İŞİD hələ də yetərli sayda güclü döyüşçülərə malikdir.

Votel bildirib ki, İŞİD-i tam məhv etmək üçün ABŞ bölgədə lazımı hərbi mövcudluğunu qoruyub saxlayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam