Redaktor seçimi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Günün xəbəri

Pensiyaçılar etiraza qalxdı-İranda

                       İranda pensiyaçılar yaşayış xərclərinin artmasına etiraz ediblər.

Yenixeber.org: Məlumata görə, nümayişçilər Təbriz şəhərində “xərclərimiz dollarla, gəlirimiz rialladır” şüarı səsləndiriblər.

"1000-ə yaxın təqaüdçü dinc şəkildə etiraz etmək üçün toplaşıb və polisin müşayiəti ilə aksiya keçirib", - deyə agentlik bildirib. 

Sosial şəbəkələrdəki paylaşımlarda Qəzvin, Şiraz, Şuştər və digər şəhərlərdə keçirilən aksiyalarda hökumətə, habelə prezident İbrahim Rəisinin iqtisadi idarəçiliyinə qarşı şüarlar səsləndirildiyi qeyd olunub.

Ölkənin Əmək, Rifah və Sosial Müdafiə Nazirliyi pensiyaları 57,4% artıraraq ayda 55,8 milyon riala (177 dollar) çatdırdığını bəyan edib. Amma təqaüdçülər deyirlər ki, kəskin inflyasiyanın öhdəsindən gəlmək üçün bu məbləğ çox azdır.

Qeyd edək ki, İranda bir neçə həftədir etiraz aksiyaları keçirilir. Hökumət aksiyaların xarici düşmənlər tərəfindən təşkil edildiyini düşünür.("Fars")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam