Prezident və xanımı təcili təxliyyə edildi-SƏBƏB
ABŞ Prezidenti Cozef Bayden və birinci xanım Cill Bayden cütlüyün həftəsonunu keçirdiyi Delaver ştatının Rexobot Biç şəhərindəki evindən təxliyə ediliblər.
Yenixeber.org: Bu barədə CNN telekanalı məlumat yayıb.
Ağ Ev sözçüsü bildirib ki, evakuasiya 5 iyun şənbə günü (yerli vaxtla-red) kiçik şəxsi təyyarənin məhdudlaşdırılmış hava məkanına daxil olmasından sonra ehtiyat tədbiri olaraq həyata keçirilib.
Kiçik şəxsi təyyarə məhdudlaşdırılmış hava məkanına daxil olub. Ehtiyat tədbirləri görülüb. Prezident və ailəsi üçün heç bir təhlükənin olmadığı bildirilib.