ABŞ-ın Ermənistandakı yeni səfirinin kimliyi məlum oldu
ABŞ-ın Ermənistandakı səfiri postuna yeni namizəd məlum olub.
Yenixeber.org: Ermənistan mediası xəbər verir ki, Birləşmiş Ştatların Ukraynadakı səfirinin müavini Alan Purselin İrəvana göndəriləcəyi bildirilir.
Məlumata görə, hazırda Bayden administrasiyasın real namizədi məhz Alan Purseldir.
Qeyd edək ki, ABŞ-ın İrəvandakı səfiri Lin Treysinin səlahiyyət müddəti iki aydan sonra başa çatacaq.