İrəvanda müxalifət etiraz yürüşünə başlayıb
Ermənistanda müxalif “Müqavimət” hərəkatının üzvləri etiraz yürüşünə başlayıb.
Yenixeber.org: Yürüş iştirakçıları hökumət binası yaxınlığında “Nikolsuz Ermənistan” şüarları səsləndiriblər.
Xatırladaq ki, Ermənistan müxalifəti aprelin 25-dən kütləvi aksiyalara start verib. Etirazçılar baş nazir Nikol Paşinyanın dərhal vəzifəsindən istefa verməsini tələb edir, hakimiyyət dəyişikliyinə qədər aksiyaları dayandırmayacaqlarını bildirirlər.