İrəvanda polislə etirazçılar toqquşub- VİDEO
Bu gün Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) binası yaxınlığında aksiya keçirən müxalifət fəalları ilə polis əməkdaşları arasında toqquşma baş verib.
Yenixeber.org: Aksiya yerli media tərəfindən canlı yayımlanıb.
Polis XİN-in binasına daxil olmağa çalışan etirazçılara müdaxilə edib. Nəticədə tərəflər arasında gərgin anlar yaşanıb.
“Ermənistan” və “Mənim şərəfim var” fraksiyalarından olan bir qrup deputat XİN-in binasına girərək dəhlizdə səsgücləndiricilər vasitəsilə hökumət əleyhinə şüarlar səsləndiriblər. Bir müddət sonra aksiya iştirakçıları XİN-in binasını tərk ediblər.