Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənistanın Baş Prokurorluğu qarşısında toqquşmalar - Xəsarət alanlar var-(YENİLƏNDİ)

Ermənistanda Baş Prokurorluğun binası qarşısında keçirilən etiraz aksiyası zamanı 14 nümayişçi polis tərəfindən saxlanılıb.

 Yenixeber.org: Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin rəsmisi Edqar Djanoyan bildirib.
Qeyd edək ki, nümayişçilər Baş nazir Nikol Paşinyanın çərşənbə günü Sünikə səfərinə etiraz edən vilayətin icma liderlərinin sərbəst buraxılmasını tələb ediblər. Aksiyada polislə vətəndaşlar arasında qarşıdurma olub.

                ***

Ermənistan Baş Prokurorluğunun binası qarşısında polis əməkdaşları ilə etiraz aksiyasının iştirakçıları arasında toqquşmalar olub.

 Bu barədə “News.am” xəbər verir. Qeyd edilir ki, etirazçılar binaya yumurtalar atıb. Bundan sonra polislə aksiya iştirakçıları arasında qarşıdurma baş verib.

 Aksiyaçılar polisə butılkalar atıb. Məlumata görə, hazırda prokurorluğun binası qarşısında gərgin vəziyyət hökm sürür. Aksiya iştirakçıları Sünik vilayətinin icma liderlərinin azad olunmasını tələb edirlər. Etirazçılar bildirirlər ki, icma liderləri qanunsuz saxlanılıb.

Toqquşma zamanı polis əməkdaşlarından biri xəsarət alıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam