Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Cahangir Əsgərovun qızının da 30 milyondan çox borcu var –FAKTLAR


“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun qızı Cəmilə Əsgərovanın rəhbərlik etdiyi və Londonda qeydiyyata alınan “Gazelli International Limited” ötən il üzrə maliyyə hesabatını açıqlayıb.
Yenixeber.org: Böyük Britaniyanın müvafiq qurumlarının yaydığı xəbərə görə, AZAL prezidentinin qızının rəhbərlik etdiyi “Gazelli International Limited” borcu son bir ildə 1,05 milyon funt-sterlinq artaraq 14,31 milyon funt-sterlinqə (30,5 milyon manat) yüksəlib.

Qeyd edək ki, “Gazelli International Limited” şirkəti 17 oktyabr 2007-ci ildə “15 Bury Walk, London, SW3 6QD” ünvanında qeydiyyatdan keçib. Şirkətin Londondakı ofisi də qeyd olunan ünvanda fəaliyyət göstərir. 
Məlumat üçün bildirək ki, 2009-2011-ci illərdə şirkətə AZAL prezidentinin kiçik qızı Məlahət Əsgərova da rəhbərlik edib. Məlahət Əsgərova Londonda yerləşən “Gazelli International Limited” şirkətinə rəhbərlik edən zaman 22 yaşı olub. 
Bundan başqa 2008-ci ildə şirkətə italyan əsilli Britaniya vətəndaşı İgnazio Coraci rəhbərlik edib. İgnazio Coraci AZAL prezidentinin böyük qızı Cəmilə Əsgərovanın həyat yoldaşıdır. İgnazio Coraci hazırda Londonda qeydiyyatda olan “Cargo Invest Limited”, “ASC Handling Limited”, “Aviation Servicing Company Ltd” və “Silkway (UK) Ltd” şirkətlərinə də rəhbərlik edir.
Onu da qeyd edək ki, bir neçə gün əvvəl AZAL-ın 2020-ci il üçün maliyyə hesabatı da açıqlanıb və məlum olub ki, şirkətin yığılmış zərəri 1 milyard 763 milyon 916 min manata çatıb.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam