Cahangir Əsgərovun ailəsinə məxsus şirkətlər-SİYAHI
Yenixeber.org: Bu haqda araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb:
"MRCR ART LIMITED bu il yanvarın 8-də Britaniya Şirkətlər Evində Əsgərovlar ailəsinə məxsus Gazelli Art House-nin yerləşdiyi London, Dover Street 39 ünvanında 13123235 saylı lisenziya ilə qeydiyyatdan keçib.
Cahangir Əsgərovun qızlarının İngiltərədə də daha bir neçə şirkəti mövcuddur.
AZAL dövlət büdcəsindən hər il 10 milyon manat subsidiya alır. AZAL şefinin qızlarına məxsus təkcə iki şirkətin (GAZELLI ART HOUSE LIMITED və GAZELLI INTERNATIONAL LIMITED) son maliyyə hesabatlarına (sonuncu iki sənəd) görə aktivlərinin həcmi isə 45 milyon funt sterlinq və ya 100 milyon manat təşkil edir.
Müharibədən bir ay əvvəl keçirdiyi müşavirə zamanı prezident İlham Əliyev AZAL-ı tənqid etmişdi. Demişdi ki, AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıb, bütün aeroportlar dövlət tərəfindən tikilib, bəs pullar hanı.
Sitat: “Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır?"
Yeri gəlmişkən, Füzulidə yeni aeroportun tikintisinə start verilib. Yəqin ki, Əsgərovlar ailəsinin də biznes coğrafiyasında da genişlənmə olacaq.
AZAL şefinin ailəsinə məxsus şirkətlərin tam olmayan siyahısını bir daha diqqətinizə çatdırıram.































Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.



