Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Cahangir Əsgərovun xaricdəki 2 milyard dollarlıq sərvəti –SİYAHI

 

 

AZAL rəhbəri Cahangir Əsgərovun uzun illərdən bəri tutduğu vəzifədən qazanc üçün istifadə etdiyi sirr deyil. Bu illər ərzində həm dövlətdən aldığı dotasiyalar, həm korrupsiya yolu ilə əldə etdikləri, həm də son dövrlər bilet satışından böyük məbləğli pullar qazandığı da gizlin məsələ sayılmır. Hakimiyyət dairələri də bundan xəbərdardırlar.

Yenixeber.org: Əldə etdiyimiz məlumatlarda deyilir ki, AZAL-ın İnvestisiya Holdinqinin müşahidəsinə verilməsi ilə paralel olaraq, sözügedən qurumun 5 illik fəaliyyətinin yoxlanılmasına da start verilib. Belə ki, Ccahangir Əsgərovun bu illər ərazində ayrılan və qazanılan pulları hara və nə məqsədlə xərclədiyini araşdıran qurumlar ciddi nəticlər əldə ediblər.

Məlumatlara görə, son 5 ildə AZAL-ın dövlət büdəcsindən 1 milyard manatdan çox dotasiya aldığı, həmin pulların yalnız cüzi hissəsinin təyyarələrin və ehtiyat hissələrinin alınmasına sərf olunduğu, habelə əmək haqqı kimi verildiyi üzə çıxıb. Yerdə qalan vəsaitin aqibəti isə araşdırmalar zamanı məlum olub. Ki, pulların hamısı xaricə köçürülüb.

 Cahangir Əsgərovun xaricdə bəlli olan biznesinin ümumi dəyəri 2 milyard dollara yaxındır. Mənbə buraya mülklərin, daşınan əmlakların da əlavə olunacağı təqdirdə, 3 milyard dollara çatacağını istisna etməyib. Həmin biznes sahələrindən bəzilərinin adı bizə məlumdur. Onları diqqətinizə çatdırırıq:

– Batumidə 31 milyon dollar dəyərində “GRAND GLORIA” hoteli;

– Tiflisdə dəyəri milyonlarla dollar olan “TİFLİS PALACE” hoteli;

– Tiflisdə bahalı “Veranda” restoranı;

– Batumidə bir neçə milyon dollar dəyərində GOLDEN PALACE hoteli və kazino;

– SOROKA LIMITED (Londonda);

– Londonda 18.4 milyon dollar aktivləri olan “GAZELLI INTERNATIONAL LIMITED” şirkəti;

– Londonda 41 milyon dollar aktivləti olan GAZELLI ART HOUSE LIMITED;

– Gürcüstan, Azərbaycan, Ukrayna və Türkiyədə “GAZELLİ” gözəllik və masaj salonları şəbəkəsi;

– Londonda “C3 – CIII LIMITED” şirkəti

–  Türkiyədə “D.M.Z.D.TEKSTİL DIŞ TİCARET LİMİTED” şirkəti;

– Londonda “SET INTELLIGENCE LIMITED” şirkəti;

– İtalyan kürəkəni Ignazio CORACI-nin direktoru olduğu AIRPORT SERVICING COMPANY LIMITED törəmə şirkəti (Londonda);

– İtalyan kürəkəninə aid ASC HANDLING ITALIA LIMITED (Londonda);

– Yenə Londonda italyan kürəkəninin direktoru olduğu CARGO INVEST LIMITED şirkəti;

– ASC HANDLING LIMITED (Londonda);

– AS582 LIMITED (Londonda);

– Londonda kürəkəninin direktoru olduğu AVIATION SERVICING COMPANY LIMITED” şirkəti (əvvəlki adı AZERBAIJAN AIRLINES UK LIMITED, aktivləri1 milyon dollardan artıq);

– ICLEVERWEB LTD (Londonda);

–  SILKWAY (UK) LTD (keçmiş adı EURASIAN CARGO LIMITED);

– Almaniyada HAHN CARGO SERVICES GmbH törəmə şirkəti (illik dövriyyəsi 4.83 million dollar);

– SW ITALIA SRL (illik dövriyyəsi 7 milyondollar);

– İngilis kürəkəni ROBERT NORTONUN direktoru olduğu VERISART LIMITED (London);

– SEDITION LIMITED (London).

Bundan başqa, Əsgərovun Azərbaycanda da böyük biznesi var. “Qazelli”, bir xeyli əvvəl iş adamının əlindən aldığı “İdela” şirkətləri onun ən ortabab gəlir gətirən biznes sahələri hesab olunur. Halbuki onun bir neçə hoteli, istirahət mərkəzləri, habelə iri ticarətlə məşğul olan biznes sahələri xeyli saydadır. Onların bizə məlum olan bızilərini diqqətinizə çatdırırıq.

– Naftalanda “Garabag Resort and Spa” 5-ulduzlu otel və müalicə mərkəzi;

 – İsmayıllı rayonu, Bədo Bulağının yaxınlığında, 8 hektarlıq ərazidə “Vəhsudan düşərgəsi”;

– Nabranda 30 ha sahədə villa;

– Qala qəsəbəsində 265 ha badam bağı;

– “Premium Bank” ASC-də (keçmiş “Silkyway”) səhmlərin 29,085 faizi;

– Sahəsi 12.500 kvadrat metrdən artıq Gazelli kosmetika fabriki;

– Azərbaycanda “GAZELLİ GROUP”

Qeyd edək ki, bu Əsgərovun üzdə olan biznesinin bir hissəsidir. Onun bahalı villaları, digər biznes sahələrinin olduğu da istisna deyil. Daha doğrusu, Londonda dəyəri 10 milyon dollara yaxın mülkünün olduğu hamıya bəllidir. Eyni zamanda, Türkiyədəki biznesinin hələ nələrdən ibarət olduğu da məlum deyil.(jamaz.info)

Qarşı tərəfi də dinləməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam