Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Cahangir Əsgərovun qızlarının biznesi açıqlandı-Şirkətlərin cəmi aktivləri 60 milyon dollardır

 Yenixeber.org: Araşdırmaçı jurnalist Cavanşir Həsənli yazır ki, AZAL-ın prezidenti Cahangir Əsgərovun qızları Mila (Məlahət) Əsgərovanın və Cəmilə Əsgərovanın biznesində son illər kəskin irəliləyiş olub. Baxmayaraq ki, AZAL 2018-ci ili də zərərlə başa vurub:    

"Məlum olub ki, AZAL 2018-ci ili də zərərlə başa vurub. 2018-ci ilin yekunlarına görə, yerli aviaşirkətlər (AZAL, BUTA) ümumilikdə 208 milyon 233 min manat zərərə məruz qalıb.
Amma AZAL prezidentinin qızı Mila (Məlahət) Əsgərovanın Britaniyadakı GAZELLI ART HOUSE LIMITED şirkətinin 1 oktyabr 2018-ci ildə reyestrə daxil olan maliyyə sənədlərinə görə, qarışıq aktivlərinin həcmi 31 milyon 495 min 464 funt sterlinq və ya 41 milyon dollar olub.
Yaxud o biri qızı Cəmilə Əsgərovanın GAZELLI INTERNATIONAL LIMITED şirkətinin 31 oktyabr 2017-ci ilə aid maliyyə hesabatına görə, şirkətin ümumi aktivlərinin həcmi 14 miyon 141 min 159 funt sterlinq və ya 18.4 milyon dollar təşkil edib. 
İki şirkətin cəmi aktivləri 60 milyon dollar, yaxud 102 milyon manatdır. 
Bir də üstəlik, əcnəbi damadlarının biznesi...
AZAL-ın və onun patronajlığı altında olan BUTA-nın 208 milyonluq zərərində təəccüblü nə var?! Şəxsən mənim üçün təəccüblü o xəbər olardı ki, AZAL bircə ili mənfəətlə başa vurnuş olsun. Hələ sevinək ki, təyyarələri sağ-salamat uçur".

Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam