Rusiya Lvovu raketlə vurdu
Rusiya ordusu Lvov vilayətindəki hərbi infrastruktur obyektlərindən birinə raket zərbəsi endirib.
Yenixeber.org: Bu barədə Telegramda Lvov Regional Hərbi Administrasiyasının sədri Maksim Kozitski məlumat verib.
"Lvov vilayətinin sakinləri! Bu gün, mayın 15-i, saat 04:30 radələrində hərbi infrastruktur obyektlərindən birinə raket hücumu olub. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur. Hücumun xarakteri və dağıntılar barədə dəqiqləşdirmə aparılır”, - Kozitski bildirib.