Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Ukraynada Rusiyanın "Su-25"i vuruldu-Müharibənin 49-cu gününün XÜLASƏSİ

Müharibənin 49-cu GÜNÜ: Ukraynada Rusiya “Su-25″i VURULDU – XÜLASƏ

           “Düşmən Ukrayna ərazisinə qondarma “könüllüləri” köçürməkdə davam edir”.

Yenixeber.org: Bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı qeyd edib.

Baş Qərargahın yaydığı məlumatda bildirilir:

“Mövcud məlumatlara görə, Leninqrad vilayətində 400 nəfərə yaxın batalyon yaradılıb. O, müstəsna olaraq döyüş təcrübəsi olan hərbi qulluqçulardan ibarətdir. Onlar Ukraynaya 58-ci 42-ci motoatıcı diviziyasının bölmələrindən birini gücləndirmək üçün göndəriliblər. Düşmən Xarkov və Zaporojye vilayətlərində mülki infrastruktura raket və bomba zərbələri endirməkdən əl çəkmir. İşğalçılar aktiv hava kəşfiyyatı aparırlar.

Rusiya Federasiyası aprelin 26-dək Ukrayna ilə həmsərhəd rayonlarda və müvəqqəti işğal olunmuş Krım ərazisində qondarma “terror təhlükəsinin sarı səviyyəsi”ni tətbiq edib. Bu fəaliyyətlər, ehtimal ki, Ukrayna ərazisinə hərbi texnika, silah və şəxsi heyətin daşınmasını təşkil etmək məqsədi ilə həyata keçirilir.

Ruslar Slobojansk istiqamətində Xarkov şəhərini qismən mühasirəyə alıb.Artilleriya atəşi endirməyə davam edirlər. Müvəqqəti olaraq işğal olunmuş bəzi ərazilərdə düşmən “xalq milisləri” adlandırılan birləşmələrin formalaşdırılmasına əl atır. Donetsk və Tavrida istiqamətlərində düşmən Mariupola aviazərbələr endirir.

Yujnobuqski istiqamətində işğalçılar ayrı-ayrı yaşayış məntəqələrini tutmağa çalışsalar da, buna nail ola bilmirlər.

Donetsk və Luqansk vilayətləri ərazisində Ukrayna müdafiəçiləri son sutka ərzində düşmənin 6 hücumunu dəf edib. Rusiyaya məxsus 2 avtomobil və 3 artilleriya sistemini sıradan çıxarılıb.Ukrayna Hərbi Hava Qüvvələri ötən gün düşmənin Su-25 təyyarəsini vurub. İşğalçılar hava şəraitinə görə aviasiyadan istifadəni xeyli azaldıb”.

Xatırladaq ki, bu gün Rusiya-Ukrayna müharibəsinin 49-cu günüdür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam