Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

"Xersonun üç yaşayış məntəqəsi işğaldan azad olunub" -Ukrayna Baş Qərargahı

“Rusiya Silahlı Qüvvələri Donetsk və Luqansk vilayətləri ərazisində hücum əməliyyatına hazırlaşırlar”.

Yenixeber.org: Məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

“Düşmən başqa ölkələrdən Ukraynaya qarşı muzdlu döyüşçülər cəlb edir. 14-cü ordu korpusunun 200-cü əlahiddə motoatıcı briqadasının komandanlığı itkiləri kompensasiya etmək üçün hərbi qulluqçulara təlim keçir. İnformasiyaya əsasən, briqadanın ümumi canlı itkisi 30 faizə yaxındır. Taborlardan birinin taktiki qrupu tamamilə məhv edilib, başqa biri isə döyüş qabiliyyətini bərpa etmək üçün Belqorod vilayətinə aparılıb”, - qurumdan bildirilib.

Qeyd olunub ki, Slobojan istiqamətində Rusiya hərbçiləri Xarkov şəhərini mühasirəyə almağa çalışırlar.

Rəsmi informasiyaya əsasən, Rusiyanın 20-ci ümumqoşun ordusunun 236-cı artilleriya briqadası şəxsi heyəti və silah-sursatının 20 faizini itirib: “İşğalçılar beynəlxalq humanitar hüquqla qadağan olunan silahlardan fəal şəkildə yararlanırlar. Ukrayna Silahlı Qüvvələri ötən sutkada Rusiyanın 8 qanadlı raketini məhv edib”.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri əks-hücumu nəticəsində Xerson vilayətinin Dobryanka, Novovoznesensk və Trudolyubovka yaşayış məntəqələrinə nəzarəti ələ keçiriblər: “Aleksandrovka rayonunun azad edilməsi istiqamətində döyüş davam edir”.

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç bildirib ki, Rusiya Silahlı Qüvvələri Xerson və Nikolayev vilayətlərini təhvil verməyə hazırlaşır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam