Redaktor seçimi
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
Günün xəbəri

UKRAYNA ORDUSU XARKOVDA DA ƏKS-HÜCUMA KEÇDİ, RUSLAR QAÇDI –İşğalçı böyük itkilər verib

Yenixeber.org: Bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Teleqram” kanalında məlumat yayılıb.

Məlumatda bildirilir ki, əks-hücuma keçən Ukrayna hərbçiləri düşməni Rusiya ilə sərhədə doğru sıxışdırmağa nail olub.

Ümumilikdə işğal başlayan gündən indiyə qədər Xarkov istiqamətində 500-dək Rusiya hərbi texnikasının məhv edildiyi bildirilir.

Xarkov Regional Hərbi Administrasiyasının (RHA) rəhbəri Oleq Sinegubov bildirib ki, Silahlı Qüvvələrimiz çox ciddi mövqelər tutub: "Onlar təcavüzkarın hücumuna tab gətirdilər və indi nəinki cavab verirlər, əksinə artıq əks-hücuma keçiblər. Məsələn, düşmən xəttini Xarkovdan Sumı istiqamətində, tamamilə sıxışdırıblar, dövlət sərhədində mövqeləri tuturlar”, 

Onun sözlərinə görə, oxşar vəziyyət Derqaçev istiqamətində də yaranıb: "Düşmən demək olar ki, bütün hücum resurslarını itirib, o, artıq zirehli texnikası ilə belə kütləvi şəkildə hərəkət etmir. Sadəcə olaraq vəziyyəti araşdırır: 4-5 tank çıxdı, Silahlı Qüvvələrimiz onları məhv etdi - vəssalam. Onlar qaçıblar.”

RHA rəhbəri qeyd edib ki, 5-ci sərhəd dəstəsinin sərhədçiləri Ukrayna Silahlı Qüvvələri ilə birlikdə Sumı vilayətində Ukraynanın dövlət sərhədi xəttinə daxil olublar : "Xarkov müdafiə qüvvələri mövqelərini xeyli gücləndirib və döyüş qabiliyyətini artırıb. Ordumuz işğalçının o qədər texnikasını məhv edib ki, onlarla bir neçə ölkənin ordusunu silahlandırmaq mümkün olardı. Rusiya ilə 7 gün davam edən döyüşlərdə xarkovlular düşmənin 500 vahiddən çox texnikasını məhv edib! Düşmən bunun mümkünsüzlüyünü dərk edib. Şəhəri ələ keçirməyin mümkünsüzlüyün dərk edən düşmən bizim hava hücumundan müdafiə qüvvələrimizin fəaliyyətindən kənarda yüksək hündürlüklərdə məkrli şəkildə raket və bomba zərbələri endirir.”

Oleq Sinegubovun fikrincə, işğalçılar tezliklə Xarkov vilayətindən kənara atılacaqlar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam