Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Ukraynanın strateji şəhəri Nikolayevdən ƏN SON GÖRÜNTÜLƏR -“Rus tankları girmişdi, hamısını məhv etdik”

Yenixeber.org: Rusiyanın Ukraynaya hərbi təcavüzündən ən çox zərər çəkən şəhərlərdən biri də Nikolayevdir. Şəhərə ən böyük raket zərbəsi isə martın 29-da səhər saat 08:45-də endirildi. Rusiya tərəfinin atdığı raket Nikolayev vilayət administrasiyasının 9 mərtəbəli binasını birinci mərtəbədən səkkizinci mərtəbəyə qədər dağıtdı. 12 nəfər həlak oldu, 33 nəfər isə yaralandı. İnzibati binanın yaxınlığındakı məktəb, musiqi məktəbi və yaşayış evləri də tam və qismən zərər çəkib. 

Administrasiya binası istifadəyə tam yararsız olduğundan tamamilə söküləcək. Yeni binanın həmin yerdə inşa edilib-edilməyəcəyi məlum deyil. 

Hadisənin baş verdiyi saatda insanlar işə gəlməyə başlayırdı. Şəhər sakinləri deyir ki, raket bir qədər gec saatlarda atılsaydı, qurbanların sayı daha çox ola bilərdi. 

Nikolayev vilayəti administrasiyasının rəhbəri Vitali Kim teleqram kanalında yazıb ki, mərmi onun kabinetinə düşüb. 

Nikolayev şəhərinin meri Aleksandr Senkeviç “Current Time”a müsahibəsində binanın qanadlı raketlə vurulduğunu təsdiqləyib. “Partlayışın nəticəsi göstərir ki, hədəf administrasiyanın rəhbəri Vitali Kimin iş otağının yerləşdiyi dördüncü mərtəbə olub”

Nikolaev rus qoşununun strateji hədəflərindən biridir, Odessaya doğru irəliləmək üçün şəhəri tutmaq son dərəcə vacibdir. Hələ ki, onların bu cəhdi uğursuz olub. Şəhər hazırda arxa cəbhəyə çevrilib. Müəyyən məntəqələrdə döyüşlər gedir. Yerli sakinlər deyir ki, martın əvvəlində rus tankları şəhərin mərkəzinə daxil olsalar da, onların hamısı məhv edilib. 

Nikolayevdə də, Ukraynanın hücuma məruz qalmış başqa şəhərlərində olduğu kimi,  yaşayış binalarına da raket zərbələri endirilib. Buradan xeyli insan evakuasiya edilib. Şəhərdə ara-sıra həyəcan siqnalı verilir ki, insanlar təhlükədən sığortalanmaq üçün sığınacaqlara getsinlər. 

Seymur Kazımov, Nikolayev


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam