Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiya aviasiyasının Ukraynada ağır günü-FOTOLAR/VİDEO

         Rusiyanın Hava Kosmik Qüvvələri Ukraynada ağır itkilər verməkdə davam edir.

Yenixeber.org: Bu gün martın 5-i Rusiya aviasiyası üçün xüsusilə ağır hesab edilə bilər. Çünki gün hələ başa çatmasa da Rusiyanın Hava Kosmik Qüvvələri artıq 3 döyüş təyyarəsi və 5 vertolyot itirib, 2 təyyarə pilotu əsir alınıb. Üstəlik onlardan biri məşhur hesab edilə bilər-Suriyadakı bombardmanlarda fəal iştirak edib və Bəşəs Əsədlə fotosu da var.

Az əvvəl Nikolayev vilayətinin rəhbəri Vitali Kim özünün Telegram-kanalında bildirib ki, Nikolayev üzərində Rusiyanın döyüş təyyarəsi vurulub. “Rusiya təyyarələrinin biri də azaldı”,-vilayət rəhbəri bildirib. Habelə o iki video da paylaşıb. 

Videolardan biri vurulmuş təyyarənin yanmaqda olan qalıqları barədədir, ikinci videoda isə katapult edib sağ qalan və əsir götürülən pilotun dindirilməsini əks etdirir. Pilot bildirir ki, o Rusiyanın Uzaq Şərqindəndir, Krımda yerləşən aviabazada xidmət edir, aviadəstə (3-6 eyni tipli təyyarənin daxil olduğu bölmə) komandiridir.

VIDEO

Bu xəbərdən az əvvəl isə Odessa vilayətinin rəhbəri Sergey Bratçuk vilayət üzərində Rusiyanın döyüş təyyarəsinin vurulduğunu açıqlayıb. “Bizim Hava Hücumundan Müdafiə sistemi çox yaxşı işlədi. Bu dəqiqəyə olan məlumata görə daha bir düşmən təyyarəsi vuruldu”,-o bildirib.

 

Səhər saatlarında isə Çerniqov vilayətində Rusiyanın ən yeni Su-35 hücum təyyarəsi vurulub, pilot yaralı halda əsir alınıb. Bu haqda Çerniqov vilayətinin rəhbəri Vyaçeslav Çaus bildirib. “Elə indicə Çerniqov üzərində vurulan Rusiya Su-25 təyyarəsinin pilotu tutuldu. İkinci pilot həlak olub”,-o bildirib.

Əsir alınan Krasnoyartsev familiyalı pilotun həlak olan Krivolapov familiyalı digər pilotla birlikdə daha əvvəl Suriyadakı bombardmanlarda da iştirak etdikləri məlum olub. Və əsir pilotun Suriya diktatoru Bəşər Əsədlə fotosu da var.

 

Vertolyotlar sarıdan da itkilər ciddidir. Bu gün günorta saatlarında Kiyev ətrafında Rusiyanın Hava Kosmik Qüvvələri Ka-52 döyüş vertolyotunu itirib. Vertolyotun “Stinger” raketi ilə vurulmasını və yerə düşərək partlamasını əks etdirən kadrlar sosial şəbəkələrdə və KİV-lərdə yayılıb.

 

VIDEO-Rusiyanın Ka-52 vertolyotunun vurulması

Daha sonra Nikolayev vilayətində Ukraynanın dəniz piyadaları bir-birinin ardınca 4  Rusiya vertolyotunu vurublar. Ukraynanın Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Aleksey Neijpapa bildirib ki, dəniz piyadalarının biri həmin vertolyotlardan üçünü vurub. “Əsl peşəkarlıq, mərdlik və qəhrəmanlıq nümunəsi! Və qələbəyə aparan daha bir inamlı addım!”,-komandan bildirib.

 

Xatırladaq ki, bundan əvvəl “Reuters” agentliyi Pentaqonun Ukraynanın hərbi hava və hava hücumundan müdafiə qüvvələrinin Rusiyanın müharibənin ilk saatlarında aerodromlara, digər hərbi infrastruktura  endirdiyi güclü raket zərbələrinə baxmayaraq döyüş qabiliyyətini hələ də saxlamasını heyrətamiz hesab etdiyini bildirmişdi.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam