Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ruslar QORXU İÇİNDƏ:ABŞ dəhşət raketlərini Ukraynaya göndərir - FOTO

Amerikanın "AeroVironment" şirkətinin "Switchblade" idarə olunan raketləri Vaşinqton tərəfindən Kiyevə verilən hərbi yardım paketinə daxil edilib. 

Yenixeber.org: Bu barədə mənbələrə istinadən CNN məlumat yayıb.

Nəşr qeyd edib ki, Ukrayna hərbçiləri tərəfindən "Switchblade" raketlərinin istifadəsi Amerika tərəfdən müvafiq təlimat tələb edir və bu, "uzaqdan" həyata keçirilə bilər.

Bundan əvvəl NBC telekanalı məlumat vermişdi ki, ABŞ administrasiyası Ukraynanı "Switchblade" raketləri ilə təchiz etmək imkanını nəzərdən keçirir.

Raket iki versiyada mövcuddur - "Switchblade 300" və "Switchblade 600". Daha yüngül "Switchblade 300" şəxsi heyətə yüksək dəqiqliklə zərbələr endirmək üçün nəzərdə tutulub, 600 modeli isə tankları və zirehli texnikaları məhv etmək üçün istifadə olunur. NBC-nin verdiyi məlumata görə, onlara "kamikadze dronları" da deyilir.

Xatırladaq ki, Ağ Evdə Vaşinqtonun Kiyevə hərbi yardımı ilə bağlı çıxış edən ABŞ Prezidenti Co Bayden bildirib ki, ABŞ hakimiyyəti Ukraynaya əlavə silahlar, o cümlədən hava hücumundan müdafiə sistemləri, tank əleyhinə sistemlər, atıcı silahlar, döyüş sursatları və donlar vermək niyyətindədir. CNN-in qeyd etdiyi kimi, dronlardan danışarkən Amerika lideri "Switchblade" raketlərini nəzərdə tuturdu. Bayden həmçinin bəyan edib ki, ABŞ Ukraynaya əlavə 800 milyon dollarlıq hərbi yardım verəcək və bu həftə onu 1 milyard dollara çatdıracaq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam