Ukraynada həlak olan azərbaycanlılar Vətənə gətirilir-ADLAR
Rusiyanın təcavüzü nəticəsində Ukraynada həlak olan beş azərbaycanlının cəsədi bu gün Azərbaycana gətiriləcək.
Yenixeber.org: Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib ki, həlak olanları avtomobillərlə Odessadan Moldovaya, oradan Rumıniyaya və Bolqarıstan vasitəsilə Türkiyəyə aparmaq mümkün olub. Oradan təyyarə ilə Bakıya gətirəcəklər.
Həlak olanlar: Nemət İsmayılov (1975-ci ildə anadan olub), Rəhim İsmayılov (1966-cı il), Azər Əlizadə (1994-cü il), Camal Salmanov (1997-ci il) və Qoşqar Məmmədovdur (1987-ci il)