Redaktor seçimi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Günün xəbəri

Rusiya səfirliyi qarşısında etiraz aksiyası-FOTOLAR

Photo TURAN.
Bu gün bir qrup Azərbaycanlı hüquq müdafiəçisi RF-nin Bakıdakı səfirliyi qarşısında Ukraynaya hərbi müdaxiləyə etiraz aksiyası keçirib.

Yenixeber.org: Bu zaman polis əməkdaşları "təhlükəsizlik tədbirləri" ilə əlaqədar səfirliyin binasına yaxınlaşmağa icazə verməyiblər.

Bu, etirazçıların qəzəbinə səbəb olub və onlar səfirliyin yaxınlığında bəyanatlarını oxuyublar.

Bəyanatda Rusiya işğalının dərhal dayandırılması, RF qoşunlarının Ukraynadan tamamilə çıxarılması və qonşularla münasibətlərin danışıqlar masası arxasında həll edilməsi tələbi yer alır.

Bundan sonra etirazçılar "İşğala son!" şüarı səsləndiriblər və bəyanatı polis əməkdaşlarına təqdim ediblər, polislər sənədi səfirliyə verməyi vəd edib.

Aksiya "Müdafiə Xətti" tərəfindən təşkil edilib. Tədbirdə bu QHT-nin sədri Rüfət Səfərov, təşkilat üzvləri Zaur Əkbər, Zəfər Əhmədov, Əlaif Həsənov, ictimai fəal Bəxtiyar Hacıyev və başqaları iştirak ediblər.

 

RF səfirliyi qarşısında etiraz aksiyasıRF səfirliyi qarşısında etiraz aksiyasıRF səfirliyi qarşısında etiraz aksiyasıRF səfirliyi qarşısında etiraz aksiyası

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam