Ərdoğan Putini Türkiyəyə dəvət edib-Ukraynanı müzakirə etmək üçün
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim partiyanın iclasında bildirib ki, o, rusiyalı həmkarı Vladimir Putini Ukraynada gərginliyin azaldılmasını müzakirə etmək üçün Türkiyəyə dəvət edib.
Yenixeber.org: Bu barədə “TGRT Haber” xəbər yayıb.
“Türkiyə sülhün tərəfdarıdır. Cənab Putinlə telefon danışığında vəziyyəti normallaşdırmaq üçün onu Türkiyəyə dəvət etdim”, - Ərdoğan deyib.