Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

SOCAR-da daxili yoxlamalar başladı: Anar Əliyev Bakıya çağırılıb  -İLGİNC

Ötən həftə dövlət başçısının sərəncamı ilə SOCAR-ın prezidenti Rövnəq Abdullayev vəzifəsindən azad edilərək, iqtisadiyyat nazirinin müavini təyin olundu.

Yenixeber.org: Ölkə rəhbərinin digər sərəncamı ilə SOCAR-a Rövşən Nəcəf təyinat aldı.

Əldə edilən məlumatlara görə, bu həftənin əvvəlindən etibarən SOCAR-da yoxlamalar başlayıb. Yoxlamalara Rövşən Nəcəfin birbaşa nəzarət etdiyi və onun təlimatı ilə başladıldığı deyilir. Qeyd edilir ki, dövlət şirkətinin indiyə qədər yaranmış borcları (həm daxili, həm də xarici) həddindən artıq yüksək rəqəmlərlə ifadə olunur və bunun yaranma səbəbləri araşdırılır.

Daxil olan məlumatlarda deyilir ki, yoxlamanın digər səbəbi isə SOCAR-da korrupsiya hallarının aşkarlanmasıdır. Daha doğrusu, Rövnəq Abdullayev və onun komandasının müxtəlif yollarla əldə etdikləri qazancların da dəqiqləşdirilməsi nəzərdə tutulub.

Redaksiyamıza daxil olan digər məlumata görə, Rövnəq Abdullayevin dayısı oğlu, xaricdə neft satışı işi ilə məşğul olan əsas fiqurlardan biri Anar Əliyev də Bakıya çağırılıb. İddialara görə, onun fəaliyyətinin ayrıca yoxlanılması nəxərdə tutulub. Buna səbəb də Anar Əliyevin rəhbəri olduğu şirkətin fəaliyyətində SOCAR-ın yeni rəhbərliyi üçün şübhəli məqamlar yaranıb. Elə Anar Əliyevi Bakıya dəvət etməkdə məqsəd də odur ki, həmin şübhəli məqamları dəqiqləşdirsinlər.

Gələn bir başqa xəbərdə isə deyilir ki, Rövşən Nəcəf bir sıra kadr dəyişikliyinə getməyi də qərarlaşdırıb. Yaxın vaxtlarda SOCAR-da mühüm postların rəhbərlərinin yeniləri ilə əvəzlənəcəyi gözlənilir. Bundan başqa, idarələ rəhbərlərinin də yerini yeni kadrların tutacağı deyilir. Hələlik şirkətdə maliyyə yoxlamaları getməsi səbəbindən bu prosesin bir qədər yubanacağı gözlənilir.(jamaz.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam