Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

SOCAR-ın yeni -vitse-prezidentləri kollektivə təqdim olunub

SOCAR-ın yeni vitse-prezidentləri kollektivə təqdim olunub

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 avqust 2021-cı il tarixində, müvafiq Sərəncamları ilə SOCAR-ın vitse-prezidentləri təyin olunmuş Kənan Təhməz oğlu Nəcəfovu və Zaur Aydın oğlu Qurbanovu kollektivə təqdim etmişdir.

Yenixeber.org: Yeni təyin olunmuş vitse-prezidentlərin hər birinin əmək fəaliyyəti haqqında geniş məlumat verən Rövnəq Abdullayev onların Azərbaycan neft sənayesi ilə uzun müddət əlaqəli fəaliyyətdə olduqlarını söyləmiş, qeyd etmişdir ki, Kənan Nəcəfov BP şirkətinin London və Aberdin mərkəzlərində kommersiya təhlili və biznesin inkişafı üzrə müxtəlif vəzifələrdə çalışmış, həmçinin Bakıda “Nobel Oil Ltd” şirkətində strategiya üzrə baş inzibatçı və baş icraçı direktorun müavini vəzifələrində uğurla çalışmış və yaxşı təcrübə qazanmışdır.

Zaur Qurbanovun bundan əvvəl Azərbaycan İnvestisiya Holdinqinin direktor müavini vəzifəsində çalışdığını bildirən SOCAR prezidenti, onun daha öncə müxtəlif beynəlxalq şirkətlərdə və sonralar “Ernst & Young” beynəlxalq audit şirkətinin Azərbaycandakı nümayəndəliyində vergi direktoru kimi fəaliyyət göstərdiyni və 10 ilə yaxın bir dövrdə SOCAR-ın auditinin həyata keçirilməsində yaxından iştirak etdiyini vurğulamışdır.

R.Abdullayev yeni təyin olunmuş vitse-prezidentləri təbrik edərək, onların qarşısında mühüm vəzifələr dayandığını qeyd etmiş və bu vəzifələrin icrasında onlara müvəffəqiyyətlər arzulamışdır.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Azərbaycan neft-qaz sənayesinin zəngin tarixindən, şanlı ənənələrindən və müstəqillik illərində qazandığı böyük uğurlardan danışmış, yeni təyin olunmuş vitse-prezidentlərə işlərində uğurlar arzulamış, onlara bəslənən inam və etimadı öz işləri ilə doğruldacaqlarına əminliyini ifadə etmişdir.

Daha sonra SOCAR-ın vitse-prezidentləri K.Nəcəfov və Z.Qurbanov layiq görüldükləri yüksək etimada görə dövlətimizin rəhbərinə minnətdarlıqlarını bildirmiş və göstərilən etimadı doğrultmaq üçün əzmlə çalışacaqlarını söyləmişlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam