Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Qarabağ Dirçəliş Fondunda 100 milyonlar var, amma…

“Ərazilərə böyük qayıdış əsas prioritetlərin siyahısında yer alıb. Vacib missiyanın öhdəsindən gəlmək üçün ümummilli həmrəylik çox zəruridir. Minlərlə həmvətənlər fonda bu günə qədər Qarabağın bərpası ilə bağlı 100 milyonlarla ianə edib. Bu da həmrəyliyimizin gözəl nümunəsidir”.

Yenixeber.org: Bu sözləri Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” adlı elmi-praktiki konfransda çıxışında deyib. Onun Fonda 100 milyonlarla ianə toplanması barədə xəbəri sevindiricidir, amma…

Qarabağ Dirçəliş Fondu prezident İlham Əliyevin 4 yanvar 2021-ci il Fərmanı əsasında yaradılıb. Fond Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası, yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

Fondun vəsaitləri fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır. Prezidentin Fərmanına əsasən, Qarabağ Dirçəliş Fondunun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Müşahidə Şurası həyata keçirir. Şuranın sədri iqtisadiyyat naziri Mikayıl Cabbarovdur. Fondun fəaliyyətinə cari rəhbərliyi isə 3 üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirir.

Qurum yaradıldqdan 1 ay sonra – fevralın 4-də Rəhman Hacıyev Fondun İdarə Heyətinin sədri təyin edilib. Amma bir ilə yaxın vaxt keçsə də onun müavinləri təyin edilməyib. Hər halda idp.gov.az saytında bu barədə informasiya yoxdur.  

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinə isə Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev –Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev, deputat Fatma Yıldırım, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Xalq artisti Alim Qasımov daxildirlər. 

Qeyd edək ki, Müşahidə Şurasının iclası ilk dəfə yanvarın 6-da, ikinci və sonuncu dəfə isə dekabrın 22-də keçirilib. Bu toplantıda Fondun fəaliyyətinin strateji istiqamətləri (2022-2025)”, “2022-ci il üzrə fandreyzinq və kommunikasiya planı”, “Qrantın verilməsi qaydaları”, “Fondun fəaliyyətinin standartları siyasəti”nin təsdiqi və kənar auditorunun seçilməsi məsələsi müzakirə olunub. PwC şirkəti Fondun kənar auditoru kimi təsdiq olunub.

Bəs ötən 1 ildə sözügedən fond nə ilə yadda qaldı, sədr Rəhman Hacıyevin dediyi 100 milyonlarla vəsait necə toplanıb, ianə verən şəxslər, şirkətlərlə bağlı məlumat şəffaflığı varmı? Bu suallara aydınlıq gətirmək üçün Fondun saytını nəzərdən keçirdik. Amma orada rəsmi informasiyalardan, bir də Qarabağa aid fotolardan başqa heç nə yoxdur.

Qeyd edək ki, son iki ildə Azərbaycanda Koronavirusla Mübarizəyə  Dəstək Fondu və qazilərə, şəhid ailələrinə dəstək üçün YAŞAT Fondu yaradılıb. Hər iki qurumun internet saytlarında ianələrlə bağlı detallı informasiya yerləşdirilib. YAŞAT Fondu, ümumiyyətlə, həm ianələri, həm də xərcləri hesabat şəkildə təqdim edib, burada daxil olan vəsaitlərin hara və necə xərclənməsi ilə bağlı ətraflı məlumatlar tapmaq olar. Koronavirusla Mübarizəyə Dəstək Fondunun saytında isə xərclər barədə məlumat verilmir. Ümumi şəkildə ictimai vəsaitlərin vaksinlərin alınmasına tibb müəssisələrinin və tibb personalının ehtiyaclarına sərf olunduğu qeyd olunub. 

Qarabağ Dirçəliş Fondunda isə bu barədə heç bir informasiya yoxdur. R. Hacıyevin dediyi kimi, 100 milyonlarla vəsait toplanmış qurumun belə qeyri-şəffaf olması nə dərəcədə doğrudur? Bu neqativ tendensiya hökumətin işğaldan azad edilən bölgələrin yenidən qurulması layihəsini kölgə altına alır. Bu duruma Müşahidə Şurasının üzvlərinin biganə qalması da təəssüfləndirici haldır. 

Bu barədə suallarımıza cavab almaq üçün Fonda müraciət etdik, bildirildi ki, əlaqədar məsul şəxs gün ərzində əlaqə saxlayıb suallara cavab verəcək. Amma vəd olunan zəng edilmədi…(pressklub)

Turqut 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam