Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Saleh Rüstəmli quru aclığa keçib

Saleh Rüstəmov
Fəal Saleh Rüstəmli aclıq aksiyasının 38-ci günündə sudan da imtina edib. Bu barədə bazar ertəsi onun vəkili Bəhruz Bayramov bildirib.

Yenixeber.org: Dekabrın 13-də o, Penitensiar Xidmətin müalicə müəssisəsində Rüstəmliyə baş çəkib.

Vəkilin sözlərinə görə, Rüstəmliylə ünsiyyət 3-4 dəqiqə davam edib.

"Saleh mənə dedi ki, artıq ağrılara dözə bilmir və əziyyətə son qoymaq üçün quru aclığa keçir", - vəkil deyib.

O, Rüstəmlinin həyatına görə narahatlığını bildirib, çünki quru aclıq komaya səbəb olacaq.

"Mən təkidlə xahiş etdim ki, sudan imtina etməsin, amma onun qərarı qətidir və quru aclığa başlayıb ", - vəkil deyib.

* Siyasi məhbus Saleh Rüstəmli qanunsuz olaraq saxta ittihamlarla 7 il müddətinə azadlıqdan məhrum olunmasına etiraz edərək aclıq edir.

Hakimiyyət beynəlxalq və yerli ictimaiyyətin onu azad etmək tələbinə məhəl qoymur.(Turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam