Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

VHP Saleh Rüstəmli ilə bağlı bəyanat yaydı-MƏTN

Vətəndaş Həmrəyliyi Partiyası həbsdə olan Saleh Rüstəmli ilə bağlı bəyanat qəbul edib.

Yenixeber.org: Bəyanatda deyilir: “Qarabağ qazisi, Gədəbəy rayonunun sabiq icra başçısı Saleh Rüstəmli 7 il həbsə məhkum edilib, 20 gündən artıqdır ki, qanunsuz həbs olunmasına etiraz edərək aclıq aksiyası keçirir. 

Onu hər an itirə bilərik. Bu, şəhidlərimizin ruhuna, qazilərimizə qarşı hörmətsizlik və hamımız üçün utanc yeri olar. 

Saleh Rüstəmli barədə çıxarılan hökm Azərbaycan Prezidentinin 10 Fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamı ilə bəyan etdiyi yeni hüquq islahatları siyasətinə uyğun olaraq yüngülləşdirilə və azadlığa buraxıla bilər. 

Biz inanırıq ki, hakimiyyət həyatı təhlükədə olan tanınmış Qarabağ qazisinin taleyinə biganə qalmayacaq, onun aclıq aksiyasını dayandırması və həbsdən azad edilməsi üçun təxirə salınmaz tədbirlər görəcəkdir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam