Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

“Mən ölürəm…”-Tofiq Yaqublu qızına belə deyib

 

Yenixeber.org: Həbsdə 15-ci gündür ki, aclığı davam etdirən Tofiq Yaqublunun vəziyyəti kəskin pisləşib. Həkimlər onun koma vəziyyətinin astanasında olduğunu bildiriblər. Sentyabrın 15-də T.Yaqubluya təcili qan köçürmək zərurəti yaranıb. Bu barədə qızı Nigar Həzi atası ilə telefon danışığından sonra məlumat verib.

“Səsi çox zəif gəlirdi. Vəziyyəti çox pisdir. Dəhşətli dərəcədə halsızdır. Dedi ki, köməksiz ayağa qalxa bilmir. Nə qədər çalışsa da, yumruğunu sıxa bilmir. Artıq gözləri çox pis görür, eynək belə, kömək etmir. Qan analizi götürülüb, nəticəsi çox pis çıxıb. Təcili qan köçürmək zərurəti yaranıb. Həkim dedi ki, həyatı üçün ciddi təhlükə var, hər an komaya düşə bilər və biz Tofiq Yaqublunu itirə bilərik. Hakimiyyət Tofiq Yaqublunu indi azadlığa buraxmasa, biz onu itirəcəyik. Zaman isə sürətlə Tofiq Yaqublunu ölümə aparır”, – deyə N.Həzi söyləyib. O qeyd edib ki, T.Yaqublu özü də artıq ölümlə üz-üzə qaldığını bildirib və mübarizəsini Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəyə həsr etdiyini vurğulayıb.

“Mən ölürəm, artıq heç taqətim yoxdur. Sümüklərim çox sızıldayır. Bilmirəm, nə qədər ömrüm qalıb. Bircə bunu bil ki, mən bu mübarizəmi Rəsulzadəyə ithaf etmişəm. Demokratiya uğrunda mübarizə aparan Belarus xalqına da öz dəstəyimi bu yolla bildirirəm”, – T.Yaqublu qızına belə deyib.

İki gün əvvəl xəstəxanada sistem qəbulundan imtina edən T.Yaqublu belə ağır vəziyyətdə olmasına baxmayaraq, artıq sudan da imtina etmək niyyətindədir. O, həm qızına telefon söhbətində, həm də sentyabrın 15-də vəkili Aqil Layıcla görüşdə quru aclığa keçəcəyini bildirib.

Vəkilin sözlərinə görə, T.Yaqublu ilə 6 gün öncə olan son görüşündən bu yana geriləmə aşkar görünür:

“Orqanizm o qədər zəifləyib ki, Tofiq Yaqublu xəstəxanada onu mühafizə altında saxlayan Penitensiar Xidmətin əməkdaşlarının köməyi ilə hərəkət edir. Həm Penitensiar Xidmətin əməkdaşlarından, həm də həkim Adil Qeybulladan çox razılıq etdi. Ehtiyaclarını Penitensiar Xidmətin əməkdaşlarının köməyi ilə həyata keçirir. Adil Qeybulla haqqında da “uşaq kimi qayğıma qalır” dedi. Özünə gəlincə, o qədər taqətdən düşüb ki, fikirlərini ifadə etməkdə də çətinlik çəkir. Gözlərinin görməsində də problemlər yaranıb. Hətta əllərini yumub-açmaq da onun üçün çətinləşib”.

T.Yaqublu hər gün vəkillərindən ən azı biri ilə görüşünə imkan verilməsini istəyib.

Xatırladaq ki, martın 22-dən həbsdə olan T.Yaqublu sentyabrın 3-də Nizami rayon Məhkəməsində çıxarılan hökmlə 4 il 3 ay azadlıqdan məhrum edilib. O, hökmdən bir gün öncə məhkəmədə son sözünü deyəndə çıxışının sonunda aclıq aksiyasına başladığını bildirib. T.Yaqublu qanunsuz həbsinə və məhkəmə ədalətsizliyinə etiraz olaraq bu addımı atdığını, azadlığa buraxılana qədər aclığı dayandırmayacağını bəyan edib.

Gülər


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam