Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ərdoğan G20 sammitində Azərbaycanın iştirakı ilə əməkdaşlıq formatından danışıb...

Ərdoğan G20 sammitində Azərbaycanın iştirakı ilə əməkdaşlıq formatından danışıb

"Biz dedik ki, Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistan və Gürcüstan altılıq olaraq addım atmalı və regiona sülh gətirməlidir. Cənab Prezident İlham Əliyev Ermənistanla görüşməyi təklif etdi. Gürcüstanın bu əməkdaşlığa münasibəti mənfidir. Burada belə bir platforma yaradıla bilər. Burada sülh hövzəsi yaradıla bilər. Biz Ermənistanla münasibətlərimizi açıq şəkildə nümayiş etdirəcəyik”.

Yenixeber.org: Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romada G20 liderlərinin samitinin yekunlarına dair keçirdiyi mətbuat konfransında söyləyib.

Türkiyə lideri vurğulayıb ki, əgər regionun bütün ölkələri müsbət yanaşma nümayiş etdirsə, bölgədə belə əməkdaşlıq platforması yaradıla bilər. Ərdoğanın sözlərinə görə, bu platforma yaradılandan sonra bölgədə sülh qısa zamanda təmin olunacaq.

Dövlət başçısı deyib ki, ABŞ Prezidenti Cozef Baydenlə görüşündə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam