Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları görüşəcəklər-Sabah

 

 

Dekabrın 23-də Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri arasında üçtərəfli formatda səkkizinci görüş keçiriləcək.

Yenixeber.org: Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

XİN başçıları üçtərəfli əməkdaşlıq formatında müxtəlif sahələrdə cari məsələləri müzakirə edəcəklər. Xüsusi diqqət Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat və energetika sahələrində əməkdaşlıq məsələlərinə ayırılacaq.

Görüş çərçivəsində xarici işlər nazirləri birgə bəyannamə imzalayacaqlar.

Azərbaycan və Türkiyənin xarici işlər nazirlərinin Gürcüstanın yüksək səviyyəli şəxsləri ilə də görüşləri planlaşdırılıb.

Qeyd edək ki, Tbilisidə bu ilin oktyabrın 16-da keçirilməli olan üçtərəfli görüş Türkiyə tərəfinin müraciəti əsasında təxirə salınıb.

Azərbaycan-Gürcüstan-Türkiyə formatında XİN başçılarının son yeddinci üçtərəfli görüşü ötən ilin oktyabrın 29-da İstanbulda keçirilib.

Üçtərəfli formatda ilk görüşə 2012-ci ildə Türkiyənin Trabzon şəhərində baş tutub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam