Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“Başıma torba keçirib, döydülər…” -"Başımı qaldırıb, şəklimi çəkib göndərdilər"

Həbsdə aclıq edən AXCP üzvü Saleh Rüstəmlinin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyası polis tərəfindən dağıdılıb

Yenixeber.org: Əbülfəz Elçibəyin prezidentliyi dövründə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı olmuş, 2018-ci ilin mayında Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) maliyyə yardımı ittihamıyla həbs olunan Saleh Rüstəmli 26 gündür ki, aclıq edir. Artıq səhhətində kəskin problemlər yaranmasına və vəziyyətinin kritikləşməsinə baxmayaraq, o, aclığı dayandırmayacağını deyib. Bu barədə redaksiyamıza onun oğlu Sezgin Rüstəmov məlumat verib:

“Vəkil Bəhruz Bayramov atamla görüşüb. Atam bir daha vurğulayıb ki, ya azadlığa çıxacaq, ya da oradan meyitini çıxaracaqlar”.

Dekabrın 1-də bir qrup ictimai-siyasi fəal Bakının mərkəzində – Fəvvarələr meydanında Saleh Rüstəmliyə azadlıq tələbi ilə etiraz aksiyası keçirib. Aksiyanın təşkilatçıları olan ictimai fəallar – Mete Türksoy və İlkin Rüstəmzadə bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndərərək 1 dekabr saat 15.00-da belə bir aksiyanın keçiriləcəyi barədə xəbərdarlıq etmişdilər. Müraciətə heç bir cavab verilməsə də, təyin edilən aksiya deyilən vaxtda keçirilib.

Təşkilatçılar Mete Türksoy və İlkin Rüstəmzadə tədbirdən bir neçə saat əvvəl saxlanılıb. M.Türksoy “Dostluq” kinoteatrının yaxınlığında mülki geyimli şəxslər tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb. İ.Rüstəmzadə isə AXCP üzvü Ramiz Cəfərovla birlikdə tutulub.

“Saat 14.20-də mən və İlkin Rüstəmzadə aksiyaya gedərkən mindiyimiz taksini saxladılar. Bizi avtomobildən düşürüb, öz avtomobillərinə mindirdilər. Əvvəlcə hava limanı yoluna, sonra isə Xızıya gətirdilər…”, – deyə Ramiz Cəfərov bildirib.

Bir neçə saat sonra Mete Türksoyu Ələt qəsəbəsində, İlkin Rüstəmzadəni isə Xızıda buraxıblar.

Təşkilatçıların saxlanmasına baxmayaraq, saat 14:50-də bir qrup aktivist Fəvarələr meydvanında “Saleh Rüstəmliyə azadlıq!”, “Bütün siyasi məhbuslara azadlıq!” şüarları səsləndirməyə başlayıb. Əraziyə cəlb olunmuş yüzlərlə polis əməkdaşı onların qarşısını kəsərək aksiyanın davam etməsinə imkan verməyib. Polislər iştirakçıları saxlayıb apararkən onlara qarşı fiziki güc tətbiq olunub.

Aksiyada ümumilikdə 40-dan artıq şəxs saxlanılıb. Onların arasında Saleh Rüstəmlinin bacısı Yeganə Rüstəmova və digər qohumları, siyasi fəallar Tofiq Yaqublu, onun qızı Nigar Həzi, ictimai fəal gənclərdən Əmrah Təhməzov, Emin Xəlil, Novruz Əliyev, AXCP üzvləri Namiq Abbasəliyev, Babək Həsənov, İlham Hüseyn, Saqif Qurbanov, Elnur Quliyev, Tünzalə Əmirova, Mehriban Hüseynli və digərləri olub.

Saxlanılanların bir qismi axşam saatlarında sərbəst buraxılıb. Məlum olub ki, onların əksəriyyəti polislər tərəfindən fiziki zorakılığa məruz qalıb.

Tofiq Yaqublunun üzündə işgəncə izləri aşkar görünür. Onu Fəvvarələr meydanında dayandığı zaman 5-6 polis zor tətbiq edərək aparıb. Qızı Nigar Həzinin bildirdiyinə görə, Tofiq Yaqublu öncə Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinə gətirilib. Orada bir neçə nəfər polis tərəfindən döyüldükdən sonra axşam saat 19.00 radələrində Ələt qəsəbəsinə aparılaraq, orada buraxılıb: Ata dedi ki, onu həm polis bölməsində, həm Ələtə aparanda yolda, həm də maşından düşürəndə döyüblər. Saxlanılanların əksəriyyəti hələ də 39-cu bölmədədir. Onlara da işgəncə verilir”.

Tofiq Yaqublunun işgəncəyə məruz qaldığını sübut edən foto sosial mediada yayılandan sonra bir qrup qadın aktivist 39-cu polis bölməsinin qarşısında etiraz edib.

T.Yaqublu özü başına gələnlər barədə bunları deyib:

“Məni saxlayıb maşına mindirəndə vurdular, amma o qədər də yox. Polis bölməsinə “bandotdel”dən (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi – red.) xüsusi adamlar gəlmişdi. Əllərimi arxadan qandallayıb yerə yıxdılar, başıma torba keçirdilər, döydülər. Sonra məni maşına mindirdilər, harasa apardılar. Başımda torba olduğuna görə hara apardıqlarını bilmirdim. Yolda zəng gəldi, başımı qaldırıb, şəklimi çəkib göndərdilər. Nə cavab gəldisə, yenə döyməyə başladılar maşında. Sonra körpünün altında düşürüb döydülər. Başqa bir maşın gəldi, ona mindirdilər, Ələt qəsəbəsinə aparıb orada düşürdülər”.

T.Yaqublunun sözlərinə görə, döyə-döyə ondan prezidentin ünvanına tənqidlərini dayandırmaq, mübarizədən əl çəkmək tələb olunub. Əks halda, aqibətinin daha da pis olacağıyla hədələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, aksiyada saxlanan şəxslərin bir qisminə xəbərdarlıq edilərək onlar sərbəst buraxılıb, digərləri barəsində isə araşdırmalar davam edir. DİN rəsmisi Tofiq Yaqublunun polislər tərəfindən işgəncəyə məruz qalması barədə deyilənləri isə təkzib edib. O bildirib ki, T.Yaqublunun polis bölməsində döyülməsi barədə iddialar əsassızdır: “Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaq”.(pressklub)

Gülər 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam