Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Bakının mərkəzində etiraz aksiyası keçirildi -Video

 

Bakının mərkəzində etiraz aksiyası keçirildi -

20-yə yaxın fəal gündüz saatlarında Mərkəzi parkda ("Qış bulvarı") siyasi məhbusların azadlığa buraxılması tələbilə aksiya keçirib.

Yenixeber.org: Onlar icazəsiz yürüş edərək "Azad Həsənova azadlıq!", "Siyasi məhbuslara azadlıq!" şüarlarını səsləndiriblər. Aksiya başlanandan 8 dəqiqə sonra polis dəstələri gələrək yürüş iştirakçılarını parkdan çıxarmağa başlayıb, bir neçə nəfər saxlanılıb.

Aksiya zamanı saxlanılan Müsavat Partiyası Gənclər Komitəsinin rəhbəri Elman Quliyev və partiyanın digər üzvləri -Əlikram Xurşudov, Tahir Axundov, həmçinin reportyorlar Nurlan Qəhrəmanov və Fatimə Mövlamlını Nəsimi Rayon Polis İdarəsinin 21-ci bölməsinə aparıblar.

Aksiya Müsavat Partiyasının fəalı Azad Həsənovun işi üzrə növbəti məhkəmə prosesindən sonra keçirilib. A.Həsənov həbsinə etiraz olaraq 8 gündür ki, aclıq edir. Məhkəmə istintaqı 6 aydan çoxdur ki, davam edir. Bu gün yenə də məhkəmə iclası başlandıqdan 5 dəqiqə sonra başqa vaxta keçirilib.

Azad Həsənov 2014-cü ildən Litvada siyasi mühacirətdə olub. Atasının ağır xəstəliyi ilə əlaqədar 2018-ci il oktyabrın 11-də Bakıya qayıdıb və həmin gün saxlanılıb.

Ona qarşı CM-in 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittiham irəli sürülüb. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.(yenisabah)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam