Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İranın qardaşının ermənilərə “qardaş hədiyyəsi”nin tarixçəsi -“Gelendvagen”li Vazgen (FOTO)

Özlərini İslam aləminin aparıcı dövlətləri, müsəlman təəssübkeşi, haqq-ədalət carçısı və s. hesab edən bəzi “islam dövlətləri”nin işğalçı Ermənistana son 30 ildə, eləcə də 44 günlük müharibə və ondan sonrakı dövrdə açıq şəkildə dəstək verdiyi heç kimə sirr deyil. 

Yenixeber.org: Elə Birinci Qarabağ müharibəsində də torpaqlarımızın işğal edilməsində həmin dövlətlərin ermənilərə dəstəyinin müstəsna rolu olub. Bununla bağlı kifayət qədər tarixi faktlar var və belə maraqlı faktlardan birini Rəşid Hacılı özünün “feysbuk” səhifəsində dərc edib: “Fotoda gördüyünüz qırmızı avtomobil “Gelendvagen”dir. Sürücüsü Ermənistanın keçmiş müdafiə naziri və baş naziri olmuş Vazgen Sarkisyandır. Şuşanın və başqa torpaqlarımızın işğalında böyük roluna görə heykəlini də qoymuşdular Şuşada. Dağıdıb zibilliyə atdı bizimkilər.

Onun sürdüyü bu fotodakı avtomobili indi Vazgenin adını daşıyan muzeydə saxlayırlar.

Bu “Gelendvagen”in maraqlı tarixçəsi var. 1990-cı ildə Vazgen Sarkisyan “Yekrapa” adlanan könüllülərdən ibarət hərbi dəstələrin başında bizimkiləri qırıb-qovan zamanlarda ona bu avtomobili hədiyyə veriblər. Kim? Bu gün Rusiyanın və şiə qardaşımız İranın dəstəklədiyi Bəşər Əsədin atası.

Hafiz Əsədin Vazgenə xidməti bununla bitməyib. 1992-ci ildə Vazgen bu “Gelendvagen”i yaxşı pula Gürcüstanda satıb. Puluna 2 tank alıb. Bizə qarşı vuruşmaq üçün. Hafiz Əsəd bunu eşidəndə çox “təsirlənib”. Pul və adam göndərib, “Gelendvagen”i geri alıblar və gətirib yenidən bağışlayıblar. İndi də Suriya liderinin azərbaycanlıları öldürən erməni “igidinə” qardaş hədiyyəsi kimi muzeydə saxlayırlar.”(azpolitika)

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam