Vaqarşak Arutyunyan Ermənistanın Rusiyayada yeni səfiri oldu
Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan bu ölkənin Rusiyadakı səfiri təyin edilib.
Yenixeber.org: Bu barədə “İnterfaks” Ermənistan KİV-nə istinadən xəbər yayıb.
Məlumata görə, Ermənistan Xarici İşlər Nazirliyi və ölkə prezidentinin ofisi hələlik bu məlumatı şərh etməyib. Ermənistan prezidentinin saytında da müvafiq fərman yoxdur.
64 yaşlı Vaqarşak Arutyunyan iyulun 20-də prezidentin sərəncamı ilə Ermənistan müdafiə naziri vəzifəsindən azad edilib. O, bu vəzifəyə 20 noyabr 2020-ci ildə təyin edilib.