Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Ermənistanın Bakıda təhsil alan yeni Müdafiə naziri kimdir? –Maraqlı DOSYE


Xəbər verdiyimiz kimi, Vaqarşak Arutyunyan Ermənistanın yeni müdafiə naziri təyin olunub.
Yenixeber.org: General-leytenant rütbəsi daşıyan Vaqarşak Arutyunyan 28 aprel 1956-cı ildə keçmiş Gürcüstan SSR-nin ermənilər yaşayan Axalkalaki bölgəsində anadan olub.
1978-ci ildə Bakıdakı S. Kirov adına Xəzər Ali Hərbi Dənizçilik Məktəbinidəm məzun olub. 1991-ci ildə  Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasında təhsil alıb.
1991-1992-ci illərdə Daxili işlər nazirinin müavini, Ermənistan Respublikası Müdafiə Komitəsi sədrinin birinci müavini olub.
1992-1994-cü illərdə MDB ölkələrinin Birgə Silahlı Qüvvələri Baş Komandanlığı Baş qərargah Başçısının müavini vəzifəsini icra edib.
1994-1999-cü illərdə MDB-də Hərbi Əməkdaşlığı Koordinasiya Baş qərargah Başçısının müavini və Ermənistan Silahlı Qüvvələrinin nümayəndəsi olub.
1999-2000-ci illərdə Ermənistanın Müdafiə naziri postunu tutub. 23 iyul 2002-ci ildə Ermənistanın sabiq baş naziri Vazgen Sarkisyanın qardaşı Aram Sarkisyanın rəhbərlik etdiyi “Respublika” partiyasına daxil olub.
Qeyd edək ki, Vazgen Sarkisyanın 1999-cu ildə Ermənistan parlamentində törədilən terror aktı nəticəsində öldürülüb.
2002-ci ildə prezident Robert Koçaryanın  fərmanı ilə hərbi rütbələrindən məhrum edilib. 2005-ci ildə Albert Bazeyan ilə birlikdə Milli Dirçəliş Partiyasını qurub. 2007-ci ildə partiya fəaliyyətini dayandırıb və “Ramkavar Azatakan” partiyası ilə birləşib.
2019-cu ildə general-leytenant hərbi rütbəsi bərpa edilib. 2020-ci ildə  baş nazir Nikol Paşinyanın hərbi məslələr üzrə baş müşaviri təyin edilib.
 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam