Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“İt tayadan düşməmiş” toplantı və ya 2023-cü ildə nə edəcəksiniz?

Bəlkə hörmətli Şeyximizin qardaşı hörmətli Cavanşir müəllim Paşazadə “yox” düyməsinə basdı?! Nə bilmək olar...

Milli Məclisin plenar iclasında bu dəyişikliklər müzakirə olunanda hansısa deputat hökumətə sual verəcəkmi ki...

Yenixeber.org: Tarix: 01 noyabr 2021-ci il. Səhər saatlarında informasiya saytlarında xəbər ardınca xəbər gəlir. Nə imiş?! Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri, həmkarları Etibar Əliyev demiş, “it tayadan düşməmiş” toplaşıblar. Təbii ki, deputatlarımız əhalinin xeyirinə qərar vermək üçün toplaşmayıblar. Ümumiyyətlə, əhalinin xeyirinə hansısa xəbəri oxuduğum tarixi unutmuşam. Amma bu başqa mövzudur.

Bu yazının mövzusu və ya deputatların toplantısı ilə bağlı xəbərlər nədir? Əlbəttə, məncə, anladınız – qiymət artımı. Onsuz da artıq qiymət artımı sürpriz deyil, az qala hər gün də yox, hər saat qiymət artır. Digər yandan, siz onu da bilirsiniz ki, qiymət artımı qərarları, təklifləri ya səhər saatlarında, ya da gecənin gec saatlarında verilir – vətəndaşlar yuxuda olanda.  

Bu dəfə qaldırılmasına təşəbbüs göstərilən benzinin, işığın, qazın qiyməti deyil, heç suyun da deyil. Bu dəfə bizim Milli Məclisdəki “səsimiz” olan vəkillərimiz toplaşıblar ki, “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər təklifinə münasibət bildirsinlər. Bu dəyişikliklərlə istisnasız olaraq bütün rüsumlar artırılır. Bəzisində artım bir dəfə, çoxusunda iki dəfə, üç dəfə... Nələrin rüsumu artır, hamısını yazsaq, babat bir povest həcmində olar. Təsəvvür edin, deputatlarımız “boşanma rüsumu”nun belə, qiymətinin artmasını təklif edirlər.

Və həmişəki kimi, rüsumların artırılmasının səbəbini rəsmilər izah etməyə çalışırlar. Diqqət edin, izah etmirlər, izah etməyə çalışırlar. Deputatlar yox, adətən deputatlar qiymət artımının “xeyirləri” haqqında danışırlar. Necə ki, hər qiymət artımından sonra parlamentarilərimiz çıxıb qiymət qalxmasının “faydalarından” gen-bol danışırlar.

İclası keçirilən komitənin sədri, deputat Tahir Mirkişilinin “rüsumların qaldırılması əhalinin gəlirlərinə təsir etməyəcək” tipli açıqlaması oldu, hər nə isə ki, Tahir müəllim çıxıb elə fikir demədiyini söylədi, mətbuatı qınadı. Əlbəttə, demədiyi fikirləri tirajlayan saytları qınamaqda Tahir müəllim haqlıdır. Mətbuat qərəzə, təhrifə yol verməməlidir. Amma medianı da qınamayaq. Çünki deputatlarımız o qədər məntiqsiz açıqlamalarla gündəmə gəlirlər ki...

Qayıdaq rüsumların artırılmasının izahına. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramovun əsaslandırmasına diqqət edin: “Hər bir istiqamət üzrə baxanda dövlət rüsumlarının artırılması zaman müddəti ilə bağlıdır. Gedən prosesləri, həmin dövrdə olan inflyasiyanı, mal və məhsulların bahalaşmasını və digər amilləri nəzərdə alanda bu, texnoloji proseslərə olan dəyişikliklərdir”.

Bu fikirlərdən nəsə anladınız? Haqlısınız, anlamadınız. Heç mən də anlamadım. Bizdə qiymət artımının əsaslandırılmasına rəsmilər tərəfindən cəhd həmişə belə olub – elə əndrabadi ifadələr işlədirlər ki, “Tarix-iNadir"i yarıya qədər oxuyan” savadlılarımız belə, heç nə anlamırlar.

Yeri gəlmişkən, işığın və suyun qiyməti artan günü bir qonşumuz digər qonşumuzdan soruşdu ki, “indi işıq, qaz neçə qəpik artdı, qərarda limit yazılıb, gecə-gündüz yazılıb”. O da cavabında “ay qonşu, heç nə qanammadım. Onu bilirəm ki, işığın, qazın çeki gələndə biləcəyik”, dedi. İndi qonşu demiş, Azər müəllimin izahını yəqin ki, nəyəsə rüsum ödəyəndə biləcəyik.

Ədalət naminə onu da demək lazımdır ki, nazir müavininin sonrakı əsaslandırması bir az sadə xalqın dilinə yaxındır. Azər müəllim deyir: “Məsələn, əvvəlki rüsumlar köhnə pasportlar üçün nəzərdə tutulmuşdu. Yeni pasportlar isə biometrik pasportlardır. Təbii ki, bunun xərci əvvəlki ilə uyğun gəlmir. Yəni onsuz da bu gün bizdə 1 yaşına qədər olan uşaqlara pasportlar maya dəyərindən aşağı qiymətə verilir. Hətta 15 manata qaldıranda da bu rəqəm maya dəyərindən aşağı səviyyədədir. Rüsumlarda əməliyyatlar üçün həyata keçirilən dövrilik də nəzərə alınacaq. Məsələn, nikahların bağlanması üçün əvvəlki rüsum 15 il bundan əvvəl müəyyən olunub. Həmin dövrdən sonra kağızın özünün qiyməti, çapı və s. da qalxıb. Bu, normal haldır. İnsanın həyatında 1 dəfə həyata keçirilən əməliyyatdır. Bu baxımdan rəqəmlərə baxmaq zəruridir”.

Ekspertlərin isə dediyindən belə anlayıram ki, əslində hörmətli nazir müavininin əsaslandırma üçün bu qədər dağa-daşa düşməsinə ehtiyac yoxmuş. Məsələn, gənc və perspektivli iqtisadçımız Toğrul Vəliyev deyir ki, rüsum artımı ilə bağlı dəyişiklik ideyası 2022-ci il dövlət büdcəsinə yeni gəlir istiqamətləri axtarmağın nəticəsi olaraq atılır. Onun sözlərinə görə, bizdə dövlət büdcəsinin Neft Fondundan asılılığını sabit saxlamağa çalışırlar, artırmaq istəmirlər. Bununla da, böyük fərq yaranır. Bu fərqi 2021-ci ildə Mərkəzi Bank hesabına bağlayıblarmış. 2022-ci ildə isə bu alınmadığına görə, dövlət rüsumu hesabına bu fərq bağlanır. Və Toğrul bəy sonda maraqlı sual verir – “2023-cü ildə nə edəcəksiniz?”.

Doğrudan, 2023-cü ildə nə edəcəklər? Çox istərdim ki, Milli Məclisin plenar iclasında bu dəyişiklik müzakirə olunanda deputatlarımızdan biri bu sualı həmkarlarına, Maliyyə Nazirliyinə, Nazirlər Kabinetinə - bir sözlə, hökumətə ünvanlaya. Sizcə, ünvanlayacaqmı hansısa deputat? Bilirəm, gülürsünüz. Amma mən 120 deputatdan birinin bu dəyişikliklərin əleyhinə səs verəcəyinə inanmaq istəyirəm. Bəlkə “Facebook”dakı statuslarını sürücüsünə yazdıran, sürücüsü də statusda səhvlər buraxdığına görə onu işdən qovan hörmətli Şeyximizin qardaşı hörmətli Cavanşir müəllim Paşazadə “yox” düyməsinə basdı?! Nə bilmək olar... Niyə də, yox?

Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam