Redaktor seçimi
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-
Günün xəbəri

Ərdoğan: -"Altılıq platformasının yaradılması ilə bölgədə bir sükut meydana gəlsin, düşmənliklər ortadan qalxsın"

Ərdoğan: Altılıq platformasının yaradılması ilə bölgədə bir sükut meydana gəlsin, düşmənliklər ortadan qalxsın

“Bütün baş verənlər Azərbaycanla birlikdə Ermənistan üçün də yeni bir dönəmin başlanğıcıdır”.

Yenixeber.org: Bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin bugünkü xüsusi iclasında çıxışı zamanı deyib.

Ərdoğan bildirib: “Misal olaraq, Zəngəzur dəhlizində işləməyə başlayacaq dəmiryolu ilə ermənilər də asan şəkildə Moskvaya və bütün dünyaya gedə biləcəklər. Bununla da öz-özlərinə tətbiq etdikləri blokadadan azad ola biləcəklər. Qardaşımla birlikdə təklifimizi etdik. Təklif etdik ki, altı ölkə birgə platforma quraq: Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan. Bu platformanın yaradılması ilə artıq bölgədə bir sükut meydana gəlsin, düşmənliklər ortadan qalxsın”.

"Bu məsələdə Gürcüstanın bəzi özünəməxsus sualları vardı. Gürcüstanın baş naziri ilə son Türkiyə səfərində bunu danışdıq və dedim ki, bu, Gürcüstanın lehinə olacaq. Bu addımı ataq. Biz Ermənistanla aramızda olan problemi bilirik. Lakin bütün bunlara rəğmən azərbaycanlı qardaşlarımızın da problemlərinin həll olunmasını istəyirik, eynilə sizin də Rusiya ilə problemləri həll etməyinizdə platforma vəsilə olacaq. Dedi çalışarıq. Yaxşı olar, dedik. Çünki bu bölgənin sülhə ehtiyacı var", - Ərdoğan əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam