Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Qazın bahalaşmasında müəmma:“Doğru qərar deyil…”

                 Yeni tariflərin indidən tətbiq olunması ədalətli deyil

“Dünən ödəniş aparatından 20 manatlıq qaz yüklədim, kart sayğaca daxil olanda 16 manat göstərdi. Tarif Şurası yeni tariflərin noyabrın 1-dən qüvvəyə minəcəyini açqılamışdı, amma dərhal yeni qiymətlər tətbiq olunub”.

Yenixeber.org: Bunu Bayıl sakini Rəşad Məhərrəmov deyib. O, qeyd edib ki, limiti keçməyib, amma limit daxilində qiymət artımı artıq tətbiq olunmağa başlayıb.

Həmin qəsəbədə yaşayan Əhməd Səfərov isə deyir ki, limiti keçdiyinə görə, ona qazın qiyməti 25 qəpikdən hesablanır: “Bu, doğru deyil, ilin əvvəlindən, yəni yeni limit müəyyənləşdiriləndən sonra 25 qəpikdən hesablana bilər. Bunu aydınlaşdırmaq lazımdır”. 

Xatırladaq ki, oktyabrın 16-da Tarif Şurası ilkin 1200 kub metrlik limit üçün qiyməti 20% (iki qəpik) artırıb. Bundan əvvəl – iyulun 1-dən hər kubmetri 10 qəpikdən hesablanan 2200 kubmetr limiti azaldılaraq 1200 kubmetrə endirilib. İllik qaz istehlakı 1200 kubmetrdən çox olan əhali 1 kubmetr üçün 20 qəpik, 2500 kubmetrdən çox olanlar isə 25 qəpik ödəyirlər.

 

Hüquqşünas Rəşad Əliyev  bildirir ki, qaz limiti ilə bağlı qərarın iyuldan əvvəlki dövrə tətbiqi qanunsuzdur. Onun sözlərinə görə, təbii qazdan istifadəyə görə tətbiq edilən illik 2200 kub güzəştli limitin 1200 kuba endirilməsi ilə bağlı qərar 2021-ci il iyul ayının 1-dən qüvvəyə minsə də, 1200 kubluq istifadə üçün müddət ilin əvvəlindən hesablanıb.

“Bu səbəbdən iyulun 1-dək 1200 kub qaz istifadə edən abonentlər avtomatik olaraq qaz üçün limiti keçmiş sayılır və ikiqat qazpulu ödəmək məcburiyyətindədir. Belə çıxır ki, iyulun 1-də verilən qərar geriyə şamil edilib”,-deyə o fikirlərinə əlavə edib.

Hüquqşünasın sözlərinə görə, normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsi ilə tənzimlənir: “Belə ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”.

“Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şura isə bu gün yaydığı bəyanatda qazın bahalaşmasının doğru olmadığı bildirilir. “Hesab edirik ki, qazın qiymətinə yenidən baxılması və nəticədə tariflərin artması indiki şəraitdə doğru qərar deyil. Bu qərar cəmiyyətdə haqlı narazılığa səbəb olub. Bir il müddətində ikinci dəfə qiymətin artırılması və xüsusən də qış fəsli öncəsi bu addımın atılması, 44 günlük müharibə zamanı və ondan sonra cəmiyyətlə dövlət arasında formalaşmış yüksək etimada və inama söykənən milli birliyə kölgə salır və əhalinin aztəminatlı kəsiminin həyat şəraitinə, iqtisadi – sosial durumuna mənfi təsir göstərəcək. Koronavirus pandemiyası zamanı xeyli sayda insan iş yerini itirdi, o cümlədən pandemiyanın yaratdığı problemlər üzündən yüz minlərlə sahibkarlara da ciddi maddi zərər dəyib”,-deyə Şuranın yaydığı açıqlamada qeyd olunur.

Bəyanatda həmçinin qeyd olunur ki, qaz ixracatçısı olan ölkədə bir il müddətində bir neçə dəfə qiymət artımına getməyə elə bir zərurət yox idi: “Azərbaycanın dövlət büdcəsində neft və qaz gəlirləri hazırkı qiymətindən dəfələrlə aşağı qiymətlə hesablanıb, yəni dünyada neft və qaz qiymətlərinin artımı Azərbaycanın dövlət gəlirlərinin müsbət dinamikasına öz təsir göstərməyə bilməz. Hesab edirik ki, qaz tariflərinin artımı sahibkarlıq mühitinə və biznes qurumlarına da öz təsirini göstərəcək. Artım bir çox sahələrdə qiymətlərin bahalaşmasına, sosial – iqtisadi böhranın dərinləşməsinə səbəb olacaq. Belə ki, həm qazla işləyən təsərrüfat sahələrinə o cümlədən istixanalarda yetişən tərəvəz məhsullarının, insan qidası üçün vacib hesab olunan un və un məhsullarnın bahalaşmasına öz təsirini göstərəcək”.

Qurum həm Tarif Şurasını, həm də ölkə rəhbərliyini bu məsələyə yenidən baxmağa, qaz tariflərinin ən azı 16.10.2021-ci il  tarixinədək olan köhnə vəziyyətinə qaytarılmasını xahiş edib.

“Azəriqaz” İstehsalat Birliyindən Pressklub.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Tarif Şurası tərəfindən tənzimlənən qiymət artımı 2021-ci iyul ayının 1-dən etibarən qüvvəyə minir. “1200 m³ qədər sərfiyyat üçün 120 manat; 1200-2500 m³ qədər sərfiyyat üçün 260 manat; 2500 m³ dən sonra istifadə olunmuş hər 1m³ qaz həcmi=0.25 manat. Tarif cədvəlindən də göründüyü kimi, 1m³= 0.10 manat hissəsi 1200 m³-ə qədər şamil olunur ki, bu da 2021-ci il iyul ayının 1-dən hesablanır. Əlavə olaraq bildirmək istəyirik ki, yeni qəbul olunan qərar özündən əvvəlkini qüvvədən düşürür. Belə ki, əvvəllər tətbiq olunan 2200 m³ -0.10 azn limit, iyul ayının 1-dən etibarən 1200 m³-0.10 azn olub. Sizin də qeyd etdiyiniz kimi qərar qüvvəyə mindikdən sonra əvvəlki istehlak həcmləri buna qədərki qərar çərçivəsində həyata keçirilib”,-deyə açıqlamada vurğulanır.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam