Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Türkiyə məhsulları Ermənistana hansı yollarla daşınır? – ARAŞDIRMA

Yenixeber.org: Oktyabrın 11-də Ermənistanda hakim partiya olan “Vətəndaş Müqaviləsi”nin deputatı Xaçatur Sukiasyan Türkiyə tekstil məhsullarının Rusiya istehsalı olan mallarla əvəzlənməsi məsələsini gündəmə gətirib. Belə ki, deputat Türkiyədən məhsul idxalı qadağasının davam etdiyini əsas gətirərək, Rusiya istehsalı olan tekstil məmulatlarının alışına önəm verilməsinin vacibliyini qeyd edib.

Erməni deputatın bu açıqlaması isə sosial şəbəkələrin Ermənistan seqmentində istehza ilə qarşılanıb. Belə ki, məsələ ilə bağlı şərhlərini bölüşən ermənilər Türkiyə tekstil məhsullarının regionda, öz seqmentində ən yaxşı olduğunu qeyd ediblər. Eyni zamanda deputatın özünə belə, “Əynindəki paltarlar Türkiyə istehsalı deyilmi?” sualı ünvanlanıb.

Ümumilikdə isə, tekstil sənayesində Türkiyənin regional lider olması məlum faktdır. Həm keyfiyyət, həm də əlçatanlılıq baxımından Ermənistan da daxil olmaqla əksər region ölkələrində Türkiyə məhsullarına tələbat çox böyükdür.

Lakin məsələnin əsas maraq doğuran tərəfi bu günə qədər Türkiyə istehsalı olan məhsulların Ermənistan bazarına necə yol tapmasıdır.
Qeyd edək ki, Türkiyə Azərbaycan ərazilərini işğal etməsi səbəbindən 1993-cü ildə Ermənistanla sərhəd qapılarını bağlayıb. Eyni zamanda Türkiyənin hava məkanı da Ermənistan təyyarələri üçün bağlıdır. Buna baxmayaraq, Türkiyə məhsulları Ermənistan bazarına çıxış imkanı əldə edib. Lakin ötən il oktyabrın 16-da, Vətən Müharibəsi davam edərkən, rəsmi İrəvan türk məhsullarını boykot edib və qadağa 1 yanvar 2021-ci il tarixindən 6 ay müddətinə qüvvəyə minib. İyulun 1-dən etibarən isə qadağa daha 6 ay müddətinə uzadılıb. Bundan əlavə qadağanın qüvvəyə mindiyi ilk günlərdə Türkiyə məhsullarını İran mallarının əvəz edəcəyi ilə bağlı erməni mətbuatında informasiyalar dərc olunub.
Lakin erməni deputatın yenidən bu mövzuda danışması Türkiyə istehsalı olan məhsulların hələ də Ermənistan bazarına daxil ola bildiyini sübut edir. 
Məsələ ilə bağlı apardığımız araşdırmalarda Türkiyə mallarının yalnız 3-cü ölkədən keçməklə Ermənistana göndərilə biləcəyini müəyyənləşdirdik. Bu zaman isə daşınmaların İran, əksər hallarda isə Gürcüstan üzərindən həyat keçirilməsi variantı ortaya çıxır. Təsadüfi deyil ki, Ermənistana daşınmaların Gürcüstan üzərindən həyat keçirilməsinə dair Türkiyə mətbuatında xeyli sayda informasiyaya rast gəlmək mümkündür. 
Lakin Gürcüstan üzərindən daşınmalar 2 gün gec və 10% daha baha qiymətlə Ermənistana çatır. Buna rəğmən, Türkiyədə aparılmış statistik araşdırmalara görə, 2019-cu ildə Türkiyə-Ermənistan ticarət dövriyyəsinin ümumi həcmi 2,7 milyon dollar təşkil edib. 
Lakin erməni mənbələrində qeyd olunan rəqəmlər bundan dəfələrlə çox - 150-200 milyon dollar həcmində göstərilib.
Ermənistana ən çox ixrac olunan Türkiyə məhsulları siyahısında isə ilk yerləri, tekstil, inşaat məhsulları və ehtiyat hissələr tutmaqdadır. Ermənistanda ən məşhur Türkiyə brendləri isə, “Mavi”, “LC Waikiki”, “Beko”, “Golden Rose”-dur. 
Bundan əlavə, araşdırmalarımız nəticəsində Türkiyədən Ermənistana daşınmaları həyata keçirən xeyli sayda karqo şirkətlərinin adına da rast gəldik. Bu siyahıya “Kargo34”, “Ekspreskargo”, “Kargomkolay”, “Fast-express”, “Hoptrans”, “Acilkargo” kimi şirkətlərin adını qeyd edə bilərik.
Təbii ki, bütün bunlar anlaşılandır və indi bunun elə də böyük əhəmiyyəti qalmayıb. Sadəcə, bir faktı önə çəkmək lazımdır: Regionda hazırda ən tekstil nəhəngi Türkiyədir. Eyni zamanda bir çox sahələr üzrə də türk malı həm keyfiyyətli, həm də daha münasib qiymətədir. Əgər İrəvan regionda konstruktiv mövqe sərgiləsə, ölkəsində həm bolluq, həm də ucuzluq yaranacağı şübhəsizdir. Türk malını bu və digər formada idxal etməyə isə məhkumdur. Varinat yoxdur!(Bizim.media)
Murad Əhmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam