Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

“Çin Türkiyəni əvəz edə bilməz...” –Ermənilərin “Türkiyə embarqosu” öz başlarında çatlayır

Ermənistan hökumətinin 2021-ci il yanvarın 1-dən etibarən Türkiyədən mal idxalına qoyduğu qadağa erməniləri çətin duruma salıb.

 Yenixeber.org: Erməni mətbuatında məlum qadağa nəticəsində yaranmış durumla bağlı iş adamlarının narazılığını əks etdirən yazılar çoxalıb. Məsələn, “Sputnik Armenia”da bu mövzuyla bağlı dərc olunan məqalədə deyilir ki, xüsusilə kiçik və orta biznes sahibləri çıxılmaz durumla üzləşiblər.

Belə ki, öz mağazalarını Türkiyə tekstil və geyim brendlərinin satışı üzrə ixtisaslaşdırmış ermənilər nə edəcəklərini bilmirlər.

Bu cür mağazalar şəbəkəsinə malik erməni iş adamlarından biri nəşrə açıqlamasında deyib ki, hökumət qadağa qoyarkən onların maraqlarını və alternativ bazar imkanlarını nəzərə almayıb: “Bizim üçün çox ağrılı məsələdir, nə edəcəyimizi bilmirik. Mal gətirmək istəyirik, lakin indi bu mümkün deyil...”

Türkiyəyə alternativ olaraq, Çin və digər ölkələrdən mal gətirilməsinə gəlincə, iş adamı bunu da mümkünsüz hesab edib. Deyib ki, Çin istehsalı olan geyimlər Türk mallarını əvəz edə bilməz: “Bu halda Çin Türkiyəni əvəz edə bilməz. Nə keyfiyyət, nə də ölçü sarıdan. “

Yazıda qeyd olunur ki, əksər iş adamları çıxış yolunun Türkiyə istehsallı malları Moskvadan alıb gətirməkdə görürlər. Lakin bu halda da onların maya dəyəri 50 faizədək artmış olur.

O da qeyd edilir ki, rəsmi qadağalara baxmayaraq, bəzi “arxalı” iş adamları Türkiyədən müxtəlif yollarla mal gətirməkdə davam edirlər. Lakin bu, hamıya müvəffəq olmadığından qiymətlərin artması qaçılmazdır. Nəticədə həm erməni iş adamları, həm də alıcılar ziyan görmüş olurlar.

Bir sözlə, görünən odur ki, Ermənistan hökumətinin Türkiyə mallarının idxalına qoyduğu qadağa elə ermənilərin öz başında çatlayır. Çünki bu qadağanın Türkiyəyə vurduğu ziyan heç qəpik-quruş səviyyəsində belə olmadığı halda, Ermənistanın biznes sektoru və istehlakçıları bundan ciddi zərər görür.(azpolitika)

Cəlal


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam