Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Azərbaycanda sənaye istehsalı -4% azalıb

Azərbaycanda sənaye istehsalı 4% azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 14,9 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3,8% az sənaye məhsulu istehsal edib.

Yenixeber.org: Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Məlumata görə, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,9% azalması hesabına baş verib, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 16,5% artıb.

Sənaye məhsulunun 62,9%-i mədənçıxarma sektorunda, 30,5%-i emal sektorunda, 5,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,9% azalıb, əmtəəlik qaz hasilatı isə 9,3% artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 6 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 4,4 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 2,8 dəfə, maşın və avadanlıqların istehsalı 2,7 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,1 dəfə, tütün məmulatlarının istehsalı 98,7 %, elektrik avadanlıqlarının istehsalı 65,2 %, kağız və karton istehsalı 34,6 %, toxuculuq sənayesi məhsullarının istehsalı 33,3 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 30,3 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 24,0 %, tikinti materiallarının istehsalı 22,5 %, geyim istehsalı 19 %, qida məhsullarının istehsalı 6,9 % artmış, neft məhsullarının istehsalı 1,4 %, hazır metal məmulatlarının istehsalı 9,3 %, içkilərin istehsalı 9,9 %, kimya sənayesi məhsullarının istehsalı 13,4 %, mebel istehsalı 34,2 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 56,1 %, poliqrafiya məhsullarının istehsalı 56,2 %, sair nəqliyyat vasitələrinin istehsalı 99,1 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,7 % azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,2 % artıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam