Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Avropa İttifaqı Azərbaycanla strateji saziş imzalamaqda israrlıdır-ŞƏRH

         Bakıya gələn səfir "əsas prioritetimiz budur" dedi, hökumətin siyasəti nə olacaq?

Yenixeber.org: Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri dəyişib. Nümayəndəliyin yeni təyin olunmuş rəhbəri Petr Mixalkov oktyabrın 6-da etibarnaməsini prezident İlham Əliyevə təqdim edib. 

Mərasimdə çıxış edən diplomat bildirib ki, Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır. O qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni hərtərəfli sazişin imzalanması qurumun əsas prioriteti olacaq: 

“Biz əminik ki, bu, nəinki ikitərəfli əməkdaşlığımızın genişləndirilməsinə kömək edəcək, eyni zamanda, Azərbaycan iqtisadiyyatının daha da güclənməsinə xidmət edərək, onun çiçəklənməsi və şaxələnməsini artıracaq”.

Diplomat bəyan edib ki, Avropa İttifaqı “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində sabit, təhlükəsiz və çiçəklənən Cənubi Qafqazın olmasında maraqlıdır: 

“Biz nəzərdə tutulan Şərq Tərəfdaşlığı sammitinə hazırlıq prosesində Azərbaycanın fəal iştirakını və töhfəsini səbirsizliklə gözləyirik. Biz, ATƏT-in Minsk Qrupuna əlavə olaraq, etimadın artırılması və sülhün qurulması prosesində üzərimizə rol götürməyə də hazırıq. Tərəflərin marağı olarsa, biz layihə imkanlarından istifadə edərək sərhədlərin delimitasiyası və demarkasiyası kimi sahələrdə təcrübəmizi bölüşməyi təklif edirik”.

Prezident Əliyev isə vurğulayıb ki, səfirin qeyd etdiyi məsələlər Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının prioritet sahələridir və Aİ prezidenti Şarl Mişelin bu yay Bakıya səfəri zamanı həmin məsələləri geniş müzakirə ediblər: 

“Bizim ikitərəfli münasibətlər, regional inkişaf, postmüharibə vəziyyəti ilə bağlı baxışlarımız tamamilə üst-üstə düşür. Biz Avropa İttifaqına səylərin səfərbər olunması və postmüharibə vəziyyətinə töhfə verilməsi prosesində böyük tərəfdaşımız və dürüst vasitəçi kimi güvənirik. Bizim ənənəvi əməkdaşlıq sahələrimiz yaxşı məlumdur və bu istiqamətdə böyük nailiyyət əldə etmişik”.

Dövlət başçısı Avropa İttifaqı ilə hərtərəfli sazişin imzalanması barədə konkret fikir söyləməyib, amma deyib ki, səfirin qeyd etdiyi digər sahələr də çox mühümdür: “Humanitar, təhsil, sözsüz ki, Azərbaycanın demokratik inkişafı ilə bağlı bütün bu məsələlər bizim gündəliyimizdədir və Avropa İttifaqı ilə sıx şəkildə işləyirik”.

Xatırladaq ki, Avropa İttifaqı bu il “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində Ermənistana, Gürcüstana, Azərbaycana, Moldova və Belarusa yardımlar ayırıb. Burada ən böyük dəstək Ermənistana və Gürcüstana göstərilsə də, Azərbaycan təxminən 160 milyon dollarlıq dəstəklə sonuncu yerdə qərarlaşıb. Ekspertlər bunun səbəbini Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin səviyyəsi ilə əlaqələndirirlər. Belə ki, Bakı iki qonşusundan fərqli olaraq, Aİ ilə saziş imzalamayıb, Dünya Ticarət Təşkilatına üzvlükdən də imtina edir.   

Hazırda Bakı və Brüssel arasında yeni hərtərəfli sazişin imzalanması ilə bağlı danışıqlar gedir. Müzakirələrin detalları açqılanmasa da, Azərbaycan rəhbərliyinin Aİ qarşısında insan haqları, demokratik islahatlar, eləcə də bəzi iqtisadi məsələlərlə bağlı öhdəliklər götürmək istəmədiyi barədə məlumatlar var. 

Səfir Petr Mixalkovun dediklərindən belə nəticə çıxarmaq olar ki, Aİ dekabrda keçirilməsi planlaşdırılan “Şərq Tərəfdaşlığı” sammitində bu sazişin imzalamasını istəyir. Bu, nə dərəcədə mümkündür? 

Qeyd edək ki, prezident İlham Əliyev sentyabrın 28-də İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində Aİ-dən gözləntilərini açıqlayıb: 

“Bizə məlumdur ki, Avropa İttifaqı Ermənistan üçün 2.6 milyard avro həcmində iqtisadi yardım paketinin hazırlanması prosesindədir. Bu proses artıq başa çatmış da ola bilər. Əlbəttə, bizim gözləntimiz ondan ibarətdir ki, həmin həcmdə məbləğ eyni şərtlərlə Azərbaycana da təklif edilsin. İstər qrant, istərsə də kredit – burada bərabərlik olmalıdır. Çünki işğaldan əziyyət çəkmiş olan ölkə bizik. Bizim 10 min kvadrat kilometr sahəyə malik olan, tamamilə dağıdılmış ərazimiz, yüzlərlə şəhər və kəndlərimiz var. Bu səbəbdən biz, əlbəttə ki, həmin iqtisadi yardım paketinin qeyri-balanslı olmasına dair öz narahatlığımızı ifadə etdik. Hazırda Avropa İttifaqı ilə təmaslarımızı davam etdiririk və onlardan bizə iqtisadi dəstəklə əlaqədar təklif gözləyirik. Avropa İttifaqı çox iş görə bilər. Biz bu imkanlardan istifadə etməyə hazırıq və Avropa İttifaqına dürüst vasitəçi kimi etibar edirik”.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli bildirdi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında bu proses artıq 5-6 ildir davam edir: 

“2014-cü ilə qədər gözlənilirdi ki, Azərbaycan bu qurumla assosiasiya sazişi imzalasın. Amma hökumət insan haqları və siyasi azadlıqlar, o cümlədən gömrükdə islahatların aparılması ilə bağlı üzərinə öhdəliklər götürmək istəmədi. Nəticədə proses uzandı”.

A.Məmmədli deyir ki, hazırda Azərbaycanla Avropa İttifaqı arasında müzakirə edilən Hərtərəfli Əməkdaşlıq Sazişinin layihəsindən məlumatlı deyil: 

“Proses Azərbaycan ictimaiyyətindən gizli saxlanılır, təəssüf ki, şəffaflıq təmin olunmur. Müxtəlif mənbələrdən əldə etdiyimiz məlumata görə, Azərbaycan hakimiyyəti insan hüquq və azadlıqları, qanunun aliliyi kimi məsələlərlə bağlı üzərinə öhdəliklər götürmək istəmir. Bu da saişin siyasi yükünü azaldır. Mən istərdim ki, Azərbaycanla Avropa İttifaqı arasındakı sazişdə demokratik islahatlarla bağlı məsələlər əksini tapsın”.

Sazişin nə zaman imzalanacağına gəlincə, A. Məmmədli vurğuladı ki, bu barədə proqnoz vermək çətindir: 

“Onu da deyim ki, bu sazişin imzalanması işin bir tərəfidir, daha sonra bu sənəd Avropa Parlamentində ratfikasiya olunmalıdır, Avropa Birliyinin yüksək qurumu təsdiq etməlidir. Ona görə də bu proses uzun çəkəcək. Avroparlamentin üzvləri dəfələrlə vurğulayıblar ki, siyasi məhbuslar azad edilməsə, siyasi azadlıqların təmin olunmasında irəliləyişlər baş verməsə, bu sənədin əleyhinə səs verəcəklər”. 

Espert əlavə etdi ki, hökumət bu Sazişi imzalamalıdır, eyni zamanda, siyasi azdlıqların təmin olunması istiqamətində addımlar atmalıdır: 

“Əlbəttə, bu zaman Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi, maliyyə sahəsində də əlaqələr güclənər, bizə də əhəmiyyətli yardımlar ayrıla bilər. Hökumət bu əlverişli imkandan istifadə etməlidir, süründürməçilik, qarşılıqlı öhdəliklərdən imtina yolunu davam etdirmək faydasızdır”.(pressklub)

Turqut   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam