Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənilərin işığını kim kəsir? -Xankəndinin zülmətə boyanmasının pərdəarxası

Ermənilərin işığını kim kəsir? - Xankəndinin zülmətə boyanmasının pərdəarxası

Qarabağda yaşayan ermənilər sosial problemlərin məngənəsində çabalamağa davam edirlər. Erməni mətbuatında mütəmadi olaraq onların su və işıq problemi ilə üzləşmələri barədə xəbərlərə yer verilir. Maraqlı məqam isə odur ki, ermənilər mövcud duruma səbəbkar olaraq Azərbaycanı göstərir.

Yenixeber.org: Məsələ ilə bağlı danışan təhlükəsizlik məsələləri üzrə ekspert, ehtiyatda olan polkovnik-leytenant İlham İsmayıl qeyd edib ki, Qarabağdakı ermənilərə elektrik enerjisi Azərbaycandan verilmir, ona görə də işıqlarının bizim tərəfimizdən kəsildiyini iddia etmək məntiqsizdir:

“Onlara işıq bizdən verilmir ki, biz də kəsib, “Bu bizim elektrik enerjisidir, niyə separatçılara veririk?”, - deyək. Enerji üçün əvvəllər hansı xətdən istifadə ediblərsə, indi də odur. Onlar həmişə Ermənistandan, İrana yaxın olan ərazilərdə isə bir müddət İrandan elektrik enerjisi alıblar. Amma əsasən, enerji mənbələri Laçın yolu ilə Ermənistandır. Hətta yeri gələndə Ermənistan İrana belə enerji verib. Yəni Ermənistanın enerji problemi yoxdur, bəlkə, onların atom elektrik stansiyasında, təmir işləri gedir, ona görə müəyyən problemlər yaranıb. Ona görə də onların işıq məsələsində bizi ittiham etməsi yersizdir”.

Həmsöhbətimiz separatçıların yaşadığı su çatışmazlığından da söz açıb:

“Su çatışmazlığının da bizə aidiyyəti yoxdur. Onlar bizi mütəmadi olaraq nədəsə günahlandırırlar. Bu yaxınlarda da deyirdilər ki, azərbaycanlılar mobil telefonları, provayderləri vururlar. Düzü, istəsək, onlara bu mövzuda maneə törədə bilərdik. Amma son vaxtlar heç onu da etmirik. Çünki orada rus sülhməramlıları var və onlar da şikayət elədilər. Su və işığın isə dediyim kimi, ümumiyyətlə, bizimlə əlaqəsi yoxdur. Bu il Qarabağdakı ermənilər qurağlıqla üzləşməsinin səbəbi su ehtiyatlarının tükənməsi idi”.(Yenisabah)

Sayad HƏSƏNLİ 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam