Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan Xankəndinə işıq verəcək –PROBLEMLƏR VAR

 

Müharibəyə qədər Qarabağda fəaliyyətdə olmuş 36 Su Elektrik stansiyasından yalnız 6-ı ermənilərin məskunlaşdığı ərazilərdədir. Ona görə də ermənilər elektrik enerjisi çatışmazlığı ilə qarşılaşıblar.

Yenixeber.org: Bu barədə fikirləri iqtisadçı-ekspert Qubad İbadoğlu özünün "Facebook" səhifəsində səsləndirib.

"Odur ki, sabahdan başlayaraq, Xankəndini elektrik enerjisi ilə biz təmin edəcəyik” – deyən ekspertin sözlərinə görə, martın 20-də Şuşada rəqəmsal yarımstansiya işə düşəcək və Laçın Su Elektrik Stansiyasında hasil olunan elektrik enerjisi əvvəl Şuşaya, ordan da Xankəndinə ötürüləcək.

"Maraqlıdır, ermənilər elektrik enerjisinin pulunu necə ödəyəcək. Burda 2 problem görsənir. 1) "Azərişıq"ın işçilərinin Xankəndinə giriş icazəsi yoxdur. 2) Xankəndində yaşayan ermənilər bizim manatı tanımırlar.

O da maraqlıdır ki, Azərbaycanda elektrik enerjisinin qiyməti bahalaşanda yeni tariflər Xankəndində yaşayan əhali qrupuna da şamil olunacaqmı?”

Artıq Ermənistana gedən rus qazı Azərbaycan ərazisindən keçəcəyini xatırladan Q.İbadoğlu bildirib ki, Rusiya qazı ora Gürcüstan vasitəsilə çatdırılır:

"Ermənilər buna görə etiraz edirlər ki, onlara Azərbaycandan keçən qaz lazım deyil. Bu risklidir, Azərbaycanlılar istədikləri vaxt qazın ötürülməsini dayandıra bilərlər. Çünki, krant bizim əlimizdədir. Əslində Xankəndinin də işığını istədiyimiz vaxt kəsə bilərik, çünki, rubilnik bizim əlimzdədir”.

Ekspert sonda, Qarabağ ermənilərinin Azərbaycana inteqrasiya etməsinin tərəfdarı olduğunu da diqqətə çatdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam