Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Qarabağda SES-lərin inşası kifayət qədər perspektivlidir” -İqtisadçı ekspert

“Qarabağda SES-lərin inşası kifayət qədər perspektivlidir” -  İqtisadçı ekspert
Prezident İlham Əliyev fevralın 14-də işğaldan azad edilmiş ərazilərə səfəri zamanı Laçın rayonunda Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasının açılışında iştirak edib. Bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihədir.
Yenixeber.org: “Güləbird” SES təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı Elşad Məmmədov  bildirib ki, işğaldan azad edilmiş ərazilərdə alternativ enerji mənbələrinin aktiv şəkildə istismara verilməsinə ehtiyac var: "Çünki bu ənənəvi enerji mənbələrinin qənaətinə və enerji resurslarının ölkədaxili təkrar emalına şərait yarada bilər. Həm coğrafi, həm də təbii şərait həmin bölgədə su elektrik stansiyalarının aktiv inşasına və istismarına imkan verir. Sözsüz ki, dəqiq hesablamalar aparılmalı, strateji planlaşdırma mexanizmləri tətbiq olunmalıdır ki, su resurslarının bu istiqamətdə istifadəsi digər məsələlərdə, o cümlədən kənd təsərrüfatının inkişafında problem yaratmasın".



İqtisadçı ekspert qeyd edib ki, bölgə üçün yeni SES-lərin inşası, qonşu İranla elektrik mübadiləsinin reallaşdırılması və enerji ixracatının həyata keçirilməsi kifayət qədər perspektivlidir:

"Ona görə hesab edirəm ki, bu tip layihələrin icrası alternativ enerji mənbələrinin işğaldan azad edilmiş rayonlarda xüsusi çəkisinin xeyli dərəcədə artırılmasına şərait yaradacaq. Prezident İlham Əliyev də həmin bölgədə alternativ enerji resurslarının aktiv şəkildə istifadəsinin zəruriliyi barədə fikirlərini bildirib".

E.Məmmədov qeyd edib ki, Laçında salınan SES yaxın kəndlərin elektrik enerjisi ilə təminatını istiqamətləndirə bilər:

"Tədricən orada digər elektrik stansiyalarının da salınması, istismara verilməsinin şahidi olacağıq. Bu istiqamətdə layihələr var. Həm Xudafərin SES, həm də digər perspektivli layihələr həmin bölgənin elektrik enerjisi ilə təminatına ciddi töhfə verə bilər. Eyni zamanda İrana ixrac baxımından da böyük perspektiv var. Çünki İranın həmin bölgə ilə sərhəd ərazilərində elektrik enerjisi ilə bağlı problemləri var. Biz ora enerji ixrac edərək ölkəmizə valyuta daxil olmalarını təmin edə bilərik".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam