Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

MƏKTƏBLƏR AÇILSIN, YOXSA AÇILMASIN? -"Dərslər ənənəvi formada, amma hibrid qaydada başlayacaq"

Artıq yeni tədris ilinə iki həfətədən az vaxt qalsa da orta və ali məktəblərdə dərslərin hansı formada başlanacağı barədə rəsmi qərar yoxdur. Xatırladaq ki, ötən ilin martında koronavirus pandemiyasına görə distant tədris formasına keçən təhsil müəssisələri sonradahibrid (həm əyani, həm onlayn) tədris formasından da faydalanmışdı.

 

Yenixeber.org: Son bir neçə həftədə Azərbaycanda koronavirus xəstələrinin sayı artıb və gündəlik yoluxma 4 minin, ölüm halları isə 40 nəfərin üzərindədir. Bu vəziyyət valideynləri ciddi narahat edir. Çünki hazırda sürətlə yayılan "Delta" ştammı uşaqları da yoluxdurur. Eyni zamanda təhsil müəssisələrində kütləvi yoluxma ölkədəki epidemoloji vəziyyəti kəskin ağırlaşdıra bilər.

Operativ Qərəgahın brifinqində Prezidentin köməkçisi Şahmar Mövsümov bildirib ki, təhsilin ənənəvi şəkildə təşkil olunması nəzərdə tutulur. Ümumdünya Səhiyyə Təşkilatı da bu yöndə Azərbaycan hökumətinə tövsiyyə verib. Belə olan halda məktəblər ənənəvi tədris formasına qayıtmalıdırmı?

 

 

Təhsil Nazirliyindən "Turan"a bildirilib ki, onlar yeni tədris ilində məktəblərin ənənəvi şəkildə fəaliyyətə başlanması haqda düşünürlər: "Karantin qaydaları var, bununla bağlı müvafiq qurumların qaydaları və qərarları olacaq. Əgər biz tədrisi davamlı şəkildə görmək istəyiriksə, övladlarımızın sinif otaqlarında rahat şəkildə bu prosesə qoşulmasını istəyiriksə, ən sınanmış yol valideynlərin və müəllimlərin vaksinasiyasından keçir".

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə epidemioloji vəziyyəti nəzərə alaraq məktəblərdə ənənəvi qaydada tədrisin bərpa olunmasının tərəfdarı deyil.

 

 

O bildirib ki, hər şey Operativ Qərargahın qərarından asılıdır: "Amma Azərbaycanda "Delta" ştammının sürətli yayılması davam edir və yoluxma pik həddədir. Həmin ştamm uşaqlar arasında daha çox yayılır. Azərbaycanda uşaqların vaksinasiyası aparılmır".

Deputat qeyd edib ki, təhsil müəssisələrində insanlar arasında sosial məsafəni gözləmək, maska rejimindən istifadə olduqca çətindir: "Bunları nəzərə alaraq düşünürəm ki, dərslərin yanvar ayına qədər onlayn keçirilməsinə üstünlük verməliyik".

 

 

Təhsil məsələlər üzrə ekspert Kamran Əsədov isə "Azadlıq" radiosuna bildirib ki, qüvvədə olan qanunvericiliyinin tələblərinə görə, Azərbaycanda tədris prosesi ənənəvi qaydada başlamalıdır: "Çünki biz axırıncı tədris ilini Nazirlər Kabinetinin fevraldakı qərarına əsasən ənənəvi formada başa çatdırdıq. Həmin qərar oktyabrın 1-ə qədər qüvvədədir. Yəni, sentyabrın 15-də dərslər ənənəvi formada, amma hibrid qaydada başlayacaq".

Amma ekspert də qeyd edib ki, yoluxmanın sayı artıb, koronavirusun "Delta" ştammına uşaqlar da yoluxur: "Amma reallıq da var. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UNICEF Azərbaycanda və bəzi Asiya ölkələrində tədrisi açmağa çağırıb".

Onun sözlərinə görə, bunun səbəbi odur ki, həmin ölkələrdə iki məsələnin öz həllini tapmadığı göstərilir: "Onlardan biri təhsilin əlçatanlığıdır. ÜST və UNICEF-in reytinqində Azərbaycanda internetin əlçatanlığı və sürəti aşağı səviyyədə göstərilib. Onlar hesab edir ki, Azərbaycan onlayn tədrisi təşkil edə bilmir".

Ekspertin fikrincə, təşkilatların ikinci arqumenti ondan ibarətdir ki, Azərbaycan hökuməti çevik qərarlara əl atıb və vaksinləşmənin dünyada ən yüksək faizi bu ölkədədir: "Artıq 6 milyondan artıq doza vaksin vurulub və bu rəqəmlər bizə tədris prosesini ənənəvi təşkil etməyə imkan verir".

K.Əsədov hesab edir ki, orta və ali məktəblər açılmalıdır: "Bəzi valideynlər narahatdır ki, yoluxma ola bilər. Bəli, şagirdlərin arasında yoluxanlar olub, amma onlar məktəblərdə yoluxmayıb, bu proses məktəbə qədər baş verib. Bu gün məktəblər bağlıdır, amma ölkədə gündəlik yoluxma 4 min üzərindədir. İri ticarət mərkəzlərində, kafelərdə, nəqliyyatda insanlar yoluxmur, amma mütəmadi dezinfeksiya işləri aparıldığı məktəblərdə təhlükə gözlənilir? Bu yanaşma yanlışdır. Bizim orta məktəblərdə işləyən müəllimlərin də 80 faizi vaksin olunub".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam