Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

“BÖYÜK QEYRİ-MÜƏYYƏNLİKLƏ ÜZ-ÜZƏYİK...” -Koçaryan Qarabağda qalan ermənilərə yalvarır

Qondarma rejimin qeyd etdiyi “müstəqillik günü” ilə bağlı Ermənistanın sabiq prezidentləri, hərbi canilər-  – Robert Koçaryan və Serj Sarqsyan Qarabağda yaşayan ermənilərə müraciət ünvanlayıblar.

Yenixeber.org: Ermənistan mətbuatı xəbər verir ki, yenə erməni xalqının “qəhrəmanlığından”, “müstəqillik savaşından” və s. dəm vuran hərbi canilər 44 günlük müharibədəki məğlubiyyətə görə hazırkı hökuməti ittiham ediblər.

Sarqsyan deyib ki, Ermənistan bu müharibədə qalib gələ bilərdi(?), lakin hakimiyyətin fərasətsizliyi, bacarıqsızlığı və erməni milli maraqlarını satması onları acı məğlubiyyətlə üz-üzə qoydu.

Koçaryan isə Qarabağ ermənilərinə müraciət edərək, onları yaşadıqları yerləri tərk etməməyə çağırıb: “44 günlük müharibədə “artsax”(Qarabağ-red.) olduqca ağır itkilər verdi və hazırda böyük qeyri-müəyyənliklə üz-üzə qalıb. Onun “dövlətçiliyinin” saxlanmasının yeganə yolu sizin öz torpaqlarınızda yaşamaq iradənizdir...”

Göründüyü kimi, əli günahsız azərbaycanlıların, eləcə də öz xalqının qanına batan Koçaryan hələ də Qarabağda qalam ermənilərə yaşadıqları əraziləri tərk etməmək üçün az qala yalvarır. Hər zaman Moskvanın qulbeçəsi olan bu cani yaxşı anlayır ki, regionda gərginlik ocağının saxlanması və rus “sülhməramlıları”nın orada qalması üçün ermənilərin Qarabğdakı əraziləri tərk etməməsi həyati əhəmiyyət kəsb edir.

Lakin nədənsə erməniləri hər cür əziyyətə, həyati təhlükəyə, yoxsulluğa, rus köləliyinə qatlanmaq bahasına da olsa Qarabağdan çıxmamağa çağıran Koçaryanın həm özü, həm də yaxın qohum-əqrəbası “Qarabağ klanı”na aid olmalarına baxmayaraq, orada yaşamaqdansa İrəvanda kef çəkməyi üstün tutublar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam