Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

BU GÜNDƏN YENİ QADAĞALAR BAŞLADI -Nəzarət necə həyata keçiriləcək?

Sentyabrın 1-dən ölkədə karantin qaydaları ilə bağlı yeni qadağalar başlayır. Yəni bu gündən ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız “COVİD-19" pasportu olduğu halda istifadə edə biləcəklər. 

Yenixeber.org: Bütün tibb və əczaçılıq, elm və təhsil müəssisələrinin, eləcə də digər dövlət orqanlarının əməkdaşlarının azı 80 faizinin sentyabrın 1-dək ”COVİD-19"a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və “COVİD-19"a qarşı immunitet sertifikatının olması tələb olunacaq. Bərbərxana, gözəllik salonları da vaksinasiya olunmayan müştərilərin üzünə açıq olsa da, bu xidmət sahəsində də işçilərdən peyvənd pasportu tələb olunacaq.

Onu da qeyd edək ki, toylarla bağlı da tələblər sərtləşdirilir. Belə ki, sentyabrın 1-dən etibarən 50 nəfərədək insanın iştirak etdiyi toylara “COVİD-19" pasportunun təqdim olunması tələb olunacaq. Buna qədər 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburi idi və həmin şənlik mərasimlərində iştirak üçün ”COVİD-19" pasportunun təqdim olunması tələb olunmurdu. Lakin yeni qərara əsasən, 150 nəfərədək şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasiminə dair tələblər iştirakçı sayı 50 nəfərə qədər olan şənlik mərasimlərinə də şamil olunur.

Maraqlıdır ki, “ASAN Xidmət” bu qadağalardan kənarda qalıb, halbuki ən çox üz tutulan və əhalinin sıx toplaşdığı yerlər sırasında bəlkə də birincidir.

Bəs karantin qaydalarına kimlər və necə nəzarət edəcək? Xüsusilə “Sədərək” və “Binə” kimi virusun daha çox yayılma ehtimalı olan ticarət mərkəzlərində, böyük restoranlarda qadağalara necə əməl olunacaq?

 

Elşad Hacıyev

 

Bu və digər suallarla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev danışıb: “İlk öncə ”Sədərək" və “Binə” ticarət mərkəzləri ilə bağlı olan sualınza cavab olaraq bildirim ki, həmin məkanlarda da “COVİD-19" pasportu tələb olunacaq. Lakin üstüaçıq, yəni qapalı məkan hesab olunmayan məkanlara ”COVİD-19" pasportu tələbi şamil olunmur.

Bütövlükdə bu məsələ ilə bağlı ərazi polis orqanı əməkdaşları tərəfindən yerlərdə məlumatlandırma, təlimatlandırma işləri davam etdirilir. Vətəndaşların diqqətinə çatdırılır ki, yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə obyektlərinə, iri ticarət mərkəzlərinə yalnız “COVİD-19" pasportu olarsa girişinə icazə veriləcək.

 

 

Bəs bu nəzarət necə təyin olunacaq? Qeyd edim ki, fəaliyyətinə icazə verilən bütün sahələrdə “COVİD-19" pasportunun yoxlanılması məsələsi həmin obyektlərin rəhbərlərinə, yəni hüquqi və fiziki şəxslərin özlərinə həvalə edilir və onlar yoxlamaları özləri müəyyən etməli, yoxlayıcılar təyin etməli, həmin yoxlayıcılar obyektlərə yalnız ”COVİD-19" pasportu olan şəxsləri buraxmalıdırlar. 

Lakin bu yoxlanışın necə aparıldığını müəyyən etmək üçün Daxili İşlər Nazirliyi (DİN), Qida Təhlükəsizli Agentliyi, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti və rayon icra hakimiyyəti nümayəndələri vaxtaşırı müxtəlif yoxlamalar həyata keçirəcək. Əgər həmin obyektlərdə içəridə “COVİD-19" pasportu olmayan şəxsin sərbəst hərəkəti müşahidə olunarsa, obyektin rəhbərliyi haqda inzibati tədbirlər görüləcək”.

Elşad Hacıyev təhsil müəssisələri ilə bağlı məsələyə də toxunub: “Qeyd edim ki, elm, təhsil müəssisələrinə də yaşı 18-dən yuxarı olan və ”COVİD-19" pasportu olan şəxslərin buraxılması üçün DİN-nin əməkdaşları yerli rayon icra hakimiyyətinin nümayəndələri ilə birgə monitorinqlər aparacaq. Bundan sonra məsuliyyət vətəndaşların və obyekt rəhbərlərinin üzərinə düşür. Onlar infeksiyanın sürətlə yayıldığı bir dövrdə qaydalara ciddi əməl etməli, ictimai nəqliyyatda, xüsusən də insanların sıx olduğu yerlərdə diqqətli olmaq, sosial məsafə gözləmək lazımdır. 

Aktiv koronavirus xəstələri ilə bağlı məsələ haqqında da bildirmək istəyirəm ki, onlara ciddi nəzarət olunur. Əgər koronavirus xəstəsi qaydanı pozaraq yaşadığı ünvandan kənara, ictimai yerə çıxarsa, polis tərəfindən barəsində cinayət işi açılacaq".

“”ASAN Xidmət" bu qadağalardan niyə kənarda qalıb?" sualına isə Elşad Hacıyev bu cür cavab verdi: “Bildiyiniz kimi, qapalı məkanlarda vətəndaşların qaydalara əməl etməsinə ciddi nəzarət olunur. Amma ”ASAN Xidmət" dövlət müəssisəsidir, yəni hansısa restoran, iaşə obyekti, ticarət mərkəzi və yaxud, otel deyil. Onda belə çıxır ki, metroda və yaxud xəstəxanada da “COVİD-19" pasportu tələb etməliyik? Əlbəttə ki, belə tələb yoxdur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam